Permanent makyaj (tatuaj) olar ya olmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 10 588
Səs ver:
(səs: 6)
Hər bir xanım axşamlar makiyajı yumadan, günün 24 saatını gözəl görünmək arzusundadır. Evdən çıxmadan öncə güzgü qarşısında vaxt itirməmək, yayda çimərlikdə olarkən makiyajın silinməməsi hər bir qadının istəyidir. Bu gün silinməyən makiyaj haqqında danışacağıq. Bu prosedur permanent makiyaj adlanır.

Permanent makiyaj tatuaja bənzəyir. Lakin permanent makiyaj zamanı rəngləndirici dəri altına 1 mm dərinlikdə yeridilir. Bu isə o deməkdir ki, bu "makiyajın ömrü” 6 aydan 3-5 ilə kimidir. Ümumiyyətlə makyajın bu növü Avropada 1984-cü ildən bəri artıq məlum idi.
Permanent makiyaj növünü dodaq, qaş və göz qapaqlarında istifadə edirlər.

Göz qapaqlarında karandaş və ya layner efekti veren bu makiyaj adətən qara rəngdə olur. Lakin müştərinin istəyinə görə başqa rəng də istifadə etmək olar.

Qaşlarda bu makiyaj növünü daha çox seyrək qaşı olan vəə qaşları açıq rəngdə olan xanımlar istifadə edir. Təbii rəng çalarları ilə qaşlar daha effektiv və gözəl görünür.

Dodaqlarda permanent makiyajı dodaq formasını düzəltmək, rəngini dəyişmək, həcm vermək üçün istifadə edirlər.Bu halda dodaq boyasına ehtiyac qalmayacaq.

Bu makiyaj vasitəsilə xal da qoyurlar. Çəkilən xal 10 il rəngini itirmir.
Prosedur necə keçirilir?
Dodaq, qaş və göz qapağının permanent makiyajı 1,5-3 saat, xalın çəkilməsi isə 15 dəqiqə vaxt aparır.
Öncə usta qaralama rəsm çəkir, daha sonra xüsusi aparat ilə mikropiqmentasiya proseduruna başlayır.
Lazım gəldikdə yüngül anesteziyadan da istifadə olunur. Prosedur aparılan hissədə 5 gündən sonra qaysaq əmələ gəlir, lakin tam sağalma 7-14 gün arasında baş verir. Yaranın tez sağalması üçün xüsusi dərmanlardan istifadə olunur.

Lakin permanetn makiyajın mənfi cəhətləri də var:
prosedur kifayət qədər ağrılıdır.
rəngləyiciyə və ya anesteziyaya (hətta əvvəlcədən test keçirilsə də) qarşı alerqiyanız ola bilər.
dodaqlarda herpesin əmələ gəlmə riski artır.
unutmayın ki, makiyajın nəticəsi sizi qane etməyə bilər, lakin bir neçə il ərzində onunla yaşamalı olacaqsınız.
Əks göstəricilər haqqında:
Bu makiyajı kimlərə etmək olmaz.
hamilə qadınlara
süd verən analara
menstruasiya zamanı
herpesin əmələ gəldiyində
rəngləyici maddələ qarşı alerqiyanın olduğu zaman.
Bundan əlavə SPİD, şəkərli diabet, bronhial astma, hepatit, epilepsiya kimi xəstəliyi olanlara və qan laxtalanması zəif olanlara bu prosedur qadağandır. Aspirin qəbul edən xəstələr də bu proseduru daha sonrakı müddətdə həyata keçirməlidirlər.

Permanent makiyajı etmədən öncə  hər şeyi ətraflı düşünməyi məsləhət görürük!
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 10 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri