İncə dodaqlar üçün təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 970
Səs ver:
(səs: 8)
Dodaqlarınızın çox incə olmasından şikayətçisinizsə kiçik makiyaj hiylələri ilə onları olduğundan daha qalın və dolğun göstərə bilərsiniz.

Dodaqlarınıza olduğundan daha qalın görünüş vermək istəyirsinizsə mütəxəssislərin tövsiyələrinə əməl edin, bu məsləhətlər çox sadə və praktikdir.

  • İncə dodaqlara sahibsinizsə qəti şəkildə tünd rəngli dodaq boyalarından uzaq durun.
  • Qırmızı rəngi çox sevirsinizsə və onu dodağınızda görmək istəyirsinizsə o zaman ilk olaraq dəri rəngli karandaşla dodaqlarınızı çərçivəyə alın, sonradan qırmızı dodaq boyanısı tətbiq edin.
  • Dodaqlarınızın incəliyinin ön planda olmasını istəmirsinizsə mat rənglərdən qaçın.
  • Yalnız üst dodağın incəliyindən şikayət edirsinizsə dəri rəngli dodaq karandaşı ilə yalnız üst dodağı çərçivələyərək boya vura bilərsiniz.
  • Açıq rəngli dodaq boyaları və blesklər seçsəniz dodaqlarınızın incə görünüşündən xilas ola bilərsiniz.
  • Açıq rəngli boyadan istifa edərkən dodaqlara dolğunluq qatmaq üçün alt dodağın ortasına bir az blesk vurmaq məsləhətdir.

Amma bir məqamı da unutmayın ki, incə dodaqlara söz anlayan, zəkalı, ehtiyatlı, incə fikirli adamlarda rast gəlinir.



(səs: 8)
Şərhlər: 1
Baxılıb: 4 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri