Çil dəridəki piqmentlərin bəzi
nöqtələrdə birləşməsi və dərinin rəngini dəyişməsidir. Çilli qızlar
bəzilərinə cazibədar görünsə də, özləri bunu qətiyyən sevmir. Maskaları
tətbiq etməklə çillərdən xilas olmaq olar. Çil maskası 1
Bir
yumurta, bir çay qaşığı darçınla qarışdırın. Əldə etdiyiniz bu məhlulu
çil olan bölgələrə masaj edərək çəkin. Maska dəridə 20 dəqiqə qalmalıdı.
20 dəqiqədən sonra isə maskanı dərinizdən əlinizlə də çıxara
bilərsiniz. Dərisi həssas olanlar isə bu maskadan uzaq durmalıdı. Çil maskası 2
Qaynayan
suya kətan tohxumları əlavə edərək 5-7 dəqiqə qaynadın. Sonra kənarə
çəkib dəmlədikdən sonra süzün. Əldə etdiyiniz su ilə üzünüzü ovaraq çil
olan hissələrə çəkin.
Çillərin müalicəsi uzun və əziyyətli bir
işdir. Çillər dəridən yox olmamaq üçün nə qədər inadkar olursa, siz də
bir qədər mübarizə aparmalısınız. Çillər daha çox günəş vannası qəbul
etdikdən sonra ortaya çıxır. Müalicə zamanı günəşdən uzaq durun.