Qırmızı dodaq boyası haqda çox maralı faktlar

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2981
Paylaş:
Səs ver:
(səs: 0)
Qədim Misirdə təbii pigmentlər və heyvan yağları qarışdıraraq günümüzün dodaq boyalarının təməli meydana gətirilmişdir. Qırmızı güllə və dəmir oksid rəng vermələri üçün istifadə edilirdi. Ancaq bunlar pas iy verirdi. Bu dodaq boyalarının daha yaxşı iy verən hala gətirmək üçün dodaq boyalarına müxtəlif qarışıqlar əlavə olunmuşdu. Arxeoloqlar bunlarla bağlı qalıqları Misirli zadəgan qadınlara aid məzarlarda tapdılar.
Mismar yazılı bəzi mətinlər, qadınların süsən çiçəyi kimi bəzi turşulu bitkilərin sularını dodaqlarını rəngləndirmək üçün istifadə etdiklərindən bəhs edir. Bu cür meyvələrin suları qanın dodaqlara toplanmasını təmin edərdi, uzun bir vaxtda bu sayədə dodaqlar qırmızı qalardı.

Təbii pigmentlər qədim dövrlərdə məşhur bir şəkildə istifadə edilməkdə idi. Xına yalnız saçı deyil bədənin müxtəlif hissələrini də rəngləndirmək üçün seçilirdi. Qədim  dövrlərdə yüksək təbəqədən olan yapon qadınların çox makiyajla insanlar arasına çıxmasına icazə verilmirdi.Bu  qadınlar makiyajlarında ağ və qara istifadə edirdilər. Üzlərinə ağ dodaqlarına qara sürtürdülər. Bu makiyajla üzlərində maska varmış kimi görünürdülər. O dodaq boyalarının  tərkibini qətran və bal mumu meydana gətirirdi. Bal mumu dodaq boyasını  qalınlaşdırırdı.
Latın Ameriksında və bəzi şərq ölkələrində dodaq boyaları hayvan mənbəli boya olan carmin ilə rəngləndirirdilər. Bu vəsaitin qaynağı qırmızı böcək idi. Bu böcəklər toplanır, qurudulur daha sonra döyülərək qırmızı toz halına gətirilirdi. Carmin Rusiyada da son dərəcə məşhur idi. Carmini bahalı görən insanlar bunun yerinə çuğundur və kök suyu kimi vəsaitləri istifadə edirdilər.
İnanılmaz bir şəkildə bəzi qadınlar gözəlləşə bilmək üçün dodaqlarına əzilmiş narıncı gil sürtürdülər. Bu gili suyla qarışdırıb dodağa tətbiq edirlərmiş. Bəzi tarixi sənədlərdə bu pomadanın təsirləri qorxuducu olaraq göstərilir.Bu dodaq boyasını qadınların dodaqlarında ilk dəfə görən tacirlər çox qorxublar. Çünki o dövrdə Rusiyada makiyaj olduqca maraqlıydı. Üzlərini ağa, qaşlarını qarayla, dodaqlarını da bənövşəyi və ya narıncılya rəngləyirlərmiş. Bu maraqlı makiyaj tərzi 11 və 13cü əsrlər arasında son dərəcə adi hala gəlmişdi.
Orta əsrlərdə Papa qadağan etdiyi üçün qadınlar makiyaj etmirdilər. Bir neçə yüz il makiyajdan uzaqlaşmış olsalar da sonradan çox istifadə edilməyə başlandı.
17ci əsrdə, İngiltərədə parlament kişiləri qoruyan bir qanun çıxarmaq məcburiyyətində qalmışdı. Evlilik əvvəli makiyajla gözəlləşən qadınların, evlilik sonrası makiyajsız halını görüb bunu bəyənməyən kişilərin boşanmaları asanlaşdırılmışdı. Makiyajsız çirkinlik  bir boşanma səbəbinə çevrilirdi.
On səkkizinci əsrə gəldiyində dodaq boyası yalnız qadınlar deyil kişilər arasında da son dərəcə məşhur idi. Fransız mühakimə sistemində vəzifəli kişilər carmin və yağı qarışdıraraq dodaq boyası hazırlayırdılar və bunu dodaqlarına sürtürdülər. Beləliklə üzlərini ön plana çıxarırdılar.

Dodaq boyası bildiyimiz formaya ilk dəfə 1915-ci ildə gəldi. Bir neçə il sonra gündəlik vərdiş halına gəldi.
Şükrlər olsun ki ,dodaq boyası böyük bir təkamül keçirdi və artıq təhlükəsiz, nəmləndirici xüsusiyyəti olan və dodağı qidalandıran dodaq boyaları var.
Harada olursuz olun, başların sizin tərəfə dönməsini istəyirsinizsə  bir yol var:Qırmızı dodaq boyası.
Qırmızı dodaq boyası hər vaxt qadınları və kişiləri çəkir, amma istifadə edilməsi diqqət istəyir.
Qırmızı dodaq boyasının müvəffəqiyyəti, üzünüzün geri qalan qisiminin bu dodaq boyası ilə uyğun olması lazımdır. Qırmızı dodaq boyasıyla birlikdə gözlərinizin makiyajının yüngül olması və dəri tipinizə uyğun yüngül bir ənlik istifadə etməniz uyğun olar. Göz laynerindən istifadə etməyin.
İndi dodaq boyanızın mükəmməl və uzun  olması üçün daha gözəl qaydaları nəzərdən keçirək:
1. Dodaqlarınıza incə bir tonal krem çəkin. Bir neçə dəqiqə qurumasını gözləyin.
2. Üstünə kirşan sürtün.
3. Dodaq boyanıza bənzər bir rəngdə qırmızı dodaq qələmi ilə dodaqlarınızın ətrafına çəkin.
4. Dodaq boyasını, əvvəl dodaqlarınızın ortasına (və mümkünsə bir fırça ilə) sonra kənarlara doğru sürtün. Bu şəkildə davransanız, dodaq boyasının çox sürtülməsinin qabağını alar.
5. Bir kağız dəsmal istifadə edərək, çoxluqları təmizləyin və qurudun.
6. İkinci bir qatı sürtün. İlk qatın üstünə sürtülən bu təbəqə dodaq boyanızın davamlı olmasını təmin edəcək.
Son bir pik nöqtəsi, qırmızı dodaq boyası ilə birlikdə qırmızı dırnaq boyası istifadə etməniz bir başqa gözəllik meydana gətirəcək.
Dodaqlarınız çox incədirsə parlaq görünüş  daha çox diqqəti çəkmələrinə səbəb olacaq.
Tərsinə dodaqlarınız çox dolğundursa, tam qırmızı yerinə qəhvərəngi ya da  qırmızı istifadə etməniz daha uyğun olacaq.
Tərcümə Etdi:NİGAR_CAVAD

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2981
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv