Hər kəs ağ və
işıltılı gülümsəməyə sahib olmaq istəyir. Ancaq çay və siqaret və.s
dişlərə təsir edir və xarab olmasını sürətləndirir.
Bu qidalar dişləri ağardır
Çiyələk: Gözəl dadı və xoş qoxusu ilə yanaşı çiyələk dişlər üzərində ağardıcı
təsir malikdir və ləkə yaranmasının qarşısını alır. Lakin çiyələyin
tərkibindəki turşu və şəkərin diş minasına zərər verməməyi üçün yedikdən
sonra su için.
Portağal: Bu meyvənin içindən təbii diş məcunu əldə edilir. Həftədə bir neçə dəfə qabıqlarını dişə sürtmək yaxşı təsir edir.
Alma
sirkəsi və limon suyu: Dişi ağartmaq üçün istifadə edilən dərmanlar və
cihazlar diş minasına zərər verir və çürüklərin yaranmasına yol aça
bilər. Buna görə də diqqətli şəkildə istifadə edilməlidir.
Ən
sağlam ağardıcı məhsullar lifli qidalardır: Dişlərə ləkə verən
bakteriyalardan təmizləyib ağız və diş sağlamlığında vacib rol oynayır.
Bunlar: alma, yerkökü və armud ola bilər.
Somon balığı: Uşaqlarda dişlərin inkişafına yardım edir. D vitamini və kalsiumla zəngindir.
C vitamini: C vitamini dişin sərt təbəqəsini gücləndirir və dişləri turşulara qarşı qoruyur və diş əti iltahıbını müalicə edir.
Su: Ağız içini təmizləyici təsiri mübahisə olunmazdır, həmçinin tüpürcək səviyyəsini yüksək tutur.
Brokoli: Diş minası üzərində qoruyucu təbəqə yaradır.
Badam və quru meyvələr: ağızda təmizləyici təsirə malikdir və çirk yaranmasını azaldır.
Çobanyastığı: Bu təbii məhsul ilə dişi fırçalamaq və qarqara etmək ağız sağlamlığı üçün çox vacibdir.
Nanə: Nanə dişləri ağartması ilə birlikdə ağıza təravətləndirici qoxu qazandırır.
Diş həkiminiz dişləri 3 ton ağarda bilər
Dişləri
tibbi üsulla daha tez ağartmaq mümkündür. Dişlərdəki rəng dəyişikliyi
diş minası üzərində tətbiq edilən ağardıcı məhsullarla həyata keçirilir.
Müailəcədən sonra dişlərin rəngi 2-3 ton ağarır. Həkiminin nəzarəti ilə
dişlərin ağardılması heç bir zərər vermir. Müalicə zamanı və bir müddət
dişlərdə həssaslıq ola bilər. Ancaq həssaslıq keçicidir. Dişlərin
ağlığını itirib əvvəlki rəngə çevrilməsi isə qidalanmadan asıldır.