Gözəlliyi və ideal bədən quruluşu ilə hər kəsi heyran qoyan İvana Sert, gözəllik sirlərini paylaşıb.
Xəyallarını
reallaşdırmaq üçün gözəllik yarışmasına qatılan və beləcə Türkiyəyə
gələn İvana, gözəllik şahzadəsi ola bilmədi. Lakin sonradan qazandığı
uğurlar sayəsində özünü məşhurlaşdırmağa və haqqında hamının danışmasını
bacardı. O, türk kişisi ilə ailə həyatı qurdu və bir uşaq sahibi oldu.
Dünyaya bir uşaq gətirmnəsinə baxmayaraq, gözəlliyindən və formundan heç
nə itirməyib. İdeal bədən quruluşu və gur saçları ilə hər zaman
gündəmdə qala bildi.
O, hər gün efirdə olduğu
üçün çox makiyaj edir. Buna görə də dərisi qızarır. İvana, hər axşam
makiyajını təmzilədikdən sonra üzünü sakitləşdirmək üçün Bepanthem
məlhəmi istifadə edir. Siz də hər gün yatmazdan əvvəl dərini təmizləyib
nəmləndirici çəkin. Bunun sayəsində dəriniz siz yatarkən özü yeniləcək.
İvana, dərisnə xüsusi baxım etdirir və həkimi Serbiyadan gəlir. Həkimin
məhz onun üçün hazırladığı özəl toniklərdən və kremlərdən istifadə edir.
Dərinin ehtiyacı olan peelinqi edin. Peelinqdən sonra dərini
nəmləndirməyi qətiyyən unutmayın.
Yağlı dərisi
olduğu üçün yediklərinə diqqət edir. Yağlı dərilərə uyğun kosmetik
məhsullar alır. Xüsusən də dərisi tez-tez parladığı üçün kirşanını
həmişə yanında gəzdirir. Kirşan dərisinin parlamasını azaldır və
makiyajın axmasına mane olur.
İvana dərisinin
gənc qalması üçün çoxlu maye qəbul edir və tərkibində maye olan meyvə və
tərvəzlər yeyir. Beləcə vücudundakı toksinləri atıb, daha canlı dəriyə
sahib olur.