Qaşlarınız haqqında maraqlandıqlarınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 920
Səs ver:
(səs: 2)
Qaşlarınız qalınmı incəmi olmalı? Çox incə aldığınız qaşlarınızı normal görünüşünə necə qovuşdura bilərsiniz? İşdə qaşlarınız haqqında ipucları...
Qaşlarımı çox incə aldım. Onları necə təkrar qalınlaşdıra bilərəm? 
Kibrit çöpü kimi incə qaşlar yerinə artıq qalın qaş modası gəldi. Böyüməyi gücləndirmək üçün qaşlarınıza gündə bir dəfə hind yağı sürün və çox uzanana qədər də onlara toxunmağı özünüzə qadağan edin. Ayda bir dəfə qaş aldırma və şəkilləndirmə üçün görüş alın, aradakı dövrdə də özünüz kiçik toxunuşlar etməyə qalxmayın. Qaşların böyümə dövrü bir az sinir pozucu ola bilər, amma buna dəyər.
Qaşlarımı almaq üçün ən yaxşı zaman nədir? 
Ən yaxşısı yuyunduqdan sonra ya da duşun ardından qaş almaqdır, çünki həm dəri daha elastikdir həm də məsamə açıqdır. Qaşlarınızı regl dövrünüzdən əvvəlki həftə almaqdan qaçının, dəriniz bu dövrdə çox daha həssas olacaq.
Mükəmməl qaş şəklinə necə qovuşa bilərəm? 
Yaxşı şəkillənmiş qaşlar bir növ təbii üz gərdirici rolu oynaya bilər. Qaşlarınızı alarkən, qaşınızın çöl tərəfindəki yayın enməyə başladığı ən yüksək nöqtəni möhkəmə alın və qulaqlarınıza doğru davam edin. Qaşlar gözün təbii qövsünü izləməli, yəni küncdən başlanmalı və gicgahlara doğru çox uzanmamalıdır.
Qaşlarımı qalınmı almalıyam yoxsa daha incə bir yaymı etməliyəm? 
Hər şey kimi qaş şəkilləri də gəlib keçicidir. Qaşlarınızı bir az nazildərək yay görünüşünü artıra bilərsiniz ancaq bir barmaq qədər naziltsəniz, inanılmaz dərəcədə yaşlandırıcı bir təsirə gətirib çıxaracaq. Yaşlandıqca təbii olaraq saçımız kimi qaşlarımızı da itirərik, yəni əlinizdə olanı qoruyun və nizamlı baxım görüşləriylə yığcam qalmalarını təmin edin.

/Mənbə: Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri