Saç qurudan fen ilə edə biləcəkləriniz

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3305
Paylaş:
Səs ver:
(səs: 3)
Əlimizin altındakı əşyaları, həyatımızı asanlaşdıracaq və praktiklik təmin edəcək başqa sahələrdə də istifadə edə bilmək möcüzəvi fikirdir!
Bu səbəblə sizə saç quruducusunu evinizin fərqli sahələrində istifadə edə biləcəyiniz bir neçə təklif təqdim etmək istədik.

Şam ləkələrini çıxarar
Qurumuş şam ləkələrini və ya uşaqlarınızın şamlı boyalarının yaratdığı ləkələri əvvəl saç qurudan fen ilə yumşaldın və bir bezlə üstündən silin. Geri qalanını 1-1,5 ölçüdə su və ağ sirkə qarışığı ilə isladılmış bezlə silin.

Buxarlı aynalara həll yolu
Duşdan sonra buxarlanan aynanı rahat istifadə edə bilmək üçün, saç quruducunuzu ən istiyə dərəcəyə yüksəldərək  aynaya yaxınlaşdırın. Beləliklə buxar yox olacaq və makyajınızı rahatlıqla edəcəksiniz.

Qırışan paltarlarınız üçün
Paltarlarınızı diqqətlə ütüləsəniz belə şkafın içində kiçik qırışıqlar meydana gələ bilər. Hər dəfə təkrarən ütü masası və ütünü çıxarmaq yerinə yüngül qırışıqların üzərinə saç qurutma fenini tutaraq qırışıqlıqları aça bilərsiniz.
Yaxa və kənarlar üçün saç düzləşdiricisi də çox təsirli ola bilir.

Plastik parçanı açmaq üçün
Plastik süfrələr ya da duş pərdələriniz yuyunduqdan sonra büzülmüş çıxır? Ütüləmək olmaz təbii ki, amma saç qurutma feni ilə qırışıqlıqları aça bilərsiniz.

Rənglərlə əylənin
Uşaqlarınızla birlikdə içinizi açacaq bir dekoratif şəkil yarada bilərsiniz. Şam boyaları şəkil dəftərinin üzərinə yapışdırıb saç quruducusuyla istilətsəniz  bir rəng şəlaləsi əldə edə bilərsiniz.

Ayaqqabılarınızı istilədin

Soyuq qış günlərində buz kimi ayaqqabının içinə ayağınızı salmaqdan xoşlanmırsınızsa, ayaqqabınızı geyinmədən əvvəl içini fenlə istilədə bilərsiniz.

/Mənbə:Qadınlar.biz/


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3305
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv