5 dəqiqədə mükəmməl gecə makiyajı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 912
Səs ver:
(səs: 2)

Mütəxəssis:
Məşhurların makiyaj mütəxəssisi, Katrina Hess

Hazırlıq:
Dərinizdə hər hansı bir qızartı ya da sızanaq varsa əvvəlcə onları bağlayıcı ilə gizləyin. Ardından T bölgəsinin parlamasını aradan qaldırmaq üçün incə bir təbəqə halında pudra tətbiq edin.

1. Gözlərinizin iç qisiminə qara qələm çəkin. Bu, gözlərinizin bəyaz qismiylə mükəmməl bir kontrast meydana gətirərək gecə makiyajına ən yaxşı keçişi təmin edəcək.



2. Ardından qara göz qələmiylə üst kirpik dibinə içdən xaricə doğru qalınlaşacaq şəkildə bir xətt çəkin. Xarici küncə paylayaraq kölgəli bir görünüş yaradın və dumanlı göz makiyajı əldə edin. Ardından bronz kölgəni göz qapaqlarınıza tətbiq edin.



3.(a) Göz ətrafına işıqlıq qazandırmaq üçün işıltılı göz kğlgəsiylə (açıq dəriniz varsa gümüşü; əsmər və qumrallarsa qızıl tonlardan istifadə etməlidir) göz mənbələrinə kiçik bir toxunuş edin.



3. (b) Ardından işıqlandırıcını gicgahlarınızdan almacıq sümüklərinizin üst qisiminə doğru tətbiq edin.



4. Tuş, fırçanı şaquli tutaraq kirpiklərinizin ucuna doğru dik olaraq tətbiq edin. Beləliklə, onları daha uzun göstərmiş olacaqsınız. Qurutmadan sonra üst kirpiklərinizi kirpik qıvırma aləti ilə düzəldin.



5. Təbii tonlarda dodaq parıldadıcısını, orta hissəyə sıxlıq verəcək şəkildə sürtün. Bu əlavə parlaqlıq dodaqlarınızı daha dolğun göstərəcək. Və təbii sizi də daha cazibədar ...

İdeal təklif: T bölgəsi üçün yağ əmən dəsmallar gecə gəzmələri üçün idealdır. Dəriniz parladığında qat-qat pudra tətbiqində maska kimi bir görünüş yaratmaqdansa bu tərz yağ əmici dəsmalları istifadə çox üstünlüklüdür.


(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri