Gözəl və nəmli dodaqların sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 238
Səs ver:
(səs: 0)
Vücud baxımını əskiksiz etmək istəyirsinizsə, dodaqlara da qulluq etməlisiniz. Daima nəmli, sağlam və baxımlı dodaqlara sahib olmaq üçün diqqət etməlisiniz. Qadınlar çox nadir hallarda dodaqlarının qeydinə qalır, makiyaj edəndə isə rənbərəng boyalarla dodaqları vurğulayır. Bəs makiyajlı və makiyajsız dodaqları həmişə sağlam edən nədir? 

Su içmək – Suyun sadəcə dodaqlar üçün deyil, bütün vücud və orqanlar üçün mükəmməl şəfa qaynağı olduğunu unutmayın. Dodaqlarda əmələ gələn çatlar və qabıq verməsi az su içməyin göstəricisidir. Gün boyu su içməyə tənbəllik edirsəniz və hər dəfə stəkana su tökməyə incinirsinizsə, yanınıza su ilə dolu qab qoyun. Xüsusən də mövsüm dəyişdiyi zaman dodaq baxımına daha çox ehtiyac duyulur. Hava soyuq olanda daha çox su için.

Günəşdən qoruma – Yay-qış fərq etmədən dəriniz və dodaqlarınız üçün günəş qoruma kremlər alın. Dodaq dərisi olduqca incə və nazikdir, o bölgədə yağ hüceyrələri yoxdur. Nəticə etibarı ilə günəşə məruz qaldığı zaman digər bölgələrə nisbətdə daha çox mənfi təsirə məruz qalır. Müntəzəm olaraq dodaq kremi çəkin. Gün boyu günəş altında olacaqsınızsa, tez-tez nəmləndirməyi unutmayın. 

Pilinq – Dəriyə olduğu kimi dodaqlara da müəyyən müddətdən sonra pilinq edin. Onun sayəsində dodaqlarınız yumşaq və qüsursuz olacaq. Eyni zamanda dodaq boyası dodaqlarda təbəqə şəklində durmayacaq. Dodaqlara həftədə bir dəfə zeytun yağı və şəkər qarışımı ilə pilinq edə bilərsiniz. Bu qarışığı dodaqlara diş fırçasının yardımı ilə çəkin. Bu üsul həm dodaqlarını nəmləndirəcək, həm də üzərindəki ölü dəridən təmizləyəcək. 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri