Makyajsız gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 489
Səs ver:
(səs: 2)

Gözəllik yalnız makyaj demək deyil. Sağlam həyat tərzi yaşamaq təbii gözəlliyin təməlidir.

Yuxusuz qalmayın!

Yetərincə yatmaq çox vacibdir. Yorğunluq gözlərin çökməsinə, gözlərin solğun görünməsinə gətirib çıxarır. Bu səbəbdən də çalışın ki, gün ərzində 8 saat mütləq yatasınız.

Soyuq suyun əhəmiyyəti

Üzü soyuq su ilə yumaq dərini təravətləndirər. Eyni zamanda yorğunluğu  aradan qaldırıb dərinizə canlılıq qatar.

Gün ərzində tələb olunan qədər su qəbul edilməlidir. Belə olmadıqda orqanizmdə su-duz tarazlığında pozulma halı baş verə bilər. Çalışın ki, gün ərzində kifayət qədər su içəsiniz.

Günəşdən uzaq durun!

Gönəş şüalarından qorunmaq dərinin gənc görünməsi üçün vacib məsələdir. Bunun üçün xüsusi kremlər var ki, ondan istifadəni unutmayın.

Qaşlara da fikir verin!

Belə ki, makyajın sonunda mütləq qaşlara nəzər yetirin. Qaşlar üzünüzün damı kimidir. Onların pozulması gözlərə, dodaqlara xoşagəlməyən görkəm verə bilər. Çalışın ki, qaşlarınız da hər zaman səliqəli görünsün.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 7 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri