Validə Abbasovanın cavan qalmağının sirri bilindi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 11 829
Səs ver:
(səs: 1)
Model Validə Abbasova hər zaman gənc qalmağının sirrini açıb.

"Miss Millenium” gözəli açıqlamasında sağlam qidalardan istifadə etdiyini deyib:

"Heç vaxt pəhriz saxlamıram. Dadlı yeməklərdən, sağlam qidalardan, müxtəlif ölkələrin mətbəxindən zövq almağı sevirəm. Yemək mədəniyyətində hər zaman bu ifadəni yadımda saxlayıram: görünüş və miqdar. Yeməyin qədərinə fikir verərək xeyirli qidanın ziyanlı  olmamasını balanslaşdırıram. Dərimə hər zaman qulluq edirəm. İstifadə etdiyim kremin bahalı yaxud ucuz olmasının fərqi yoxdur.  Əsas odur ki, təravətləndirsin, yumşaltsın və təzə olsun. Amma bədənim üçün yalnız bahalı brendlərin losyonlarından istifadə edirəm. Mənim üçün gözəlliyin sirri – gözəl olmağı arzulamaq, sevgi, zövq və xasiyyətindəki romantiklikdir. Bu, insanın qəlbinin gözəl olması, ətrafındakılara mülayim davranmasından irəli gəlir”.

Validə Abbasova deyib ki, heç vaxt idmanla məşğul olmur:

"Amma təbiət qoynunda gəzməyi xoşlayıram. Rəqs etməyi sevirəm. Saatlarla dayanmadan rəqs edirəm. Musiqi və xoş insanlar mənə enerji verir. Gözəl şəhərlərdə, dənizdə və kəndlərdə gəzməyə üstünlük verirəm”.

 

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 11 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri