BB kremlərinin faydaları və zərərləri nələrdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 609
Səs ver:
(səs: 1)
Gözəllik və baxım kremləri gündən-günə artır. Kosmetika sahəsində bomba təsiri yaradan BB kremləri də son zamanlar qadınlar aarasında yaman dəbə minib. Bəs bu BB kremləri nədir? BB kremlərinin hər hansı zərərləri varmı? 

BB kremləri ilk olaraq Almaniyda bir dermatoloq tərəfindən məlhəm kimi hazırlanıb, lakin daha sonra Asiyda və xüsusən də Şimali Koreyada bu kremlər inkişaf etdirilib və kosmetika sahəsinə bomba kimi düşüb. Hazırda isə dünyanın bütün ölkələrində ildırım sürəti ilə satılır.

Asiyalılar illərdir ki, bu kremlərdən istifadə edir və dərilərinin qüsursuz olmasını BB kremlərinə borcludurlar. BB kremləri həm nəmləndirici, həm də müalicəvi xüsusiyyətlərə malikdir. Bundan başqa dərini qidalandırır. Üstəlik gecə yatmazdan əvvəl təmizləməyi unutsanız da, dəriyə zərər vermir. 

BB kremləri nədir? 
BB krem = Qırışları örtən və azaldan + günəş qoruyucu, sızanaqları örtən + ləkələri gizlədən + təbii tonlaşdırcı + güclü qidalandırıcı və nəmləndirici + parladıcı kimi mükəmməl xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin hamısı bir yerdə toplandığı üçün ona "All in one” kremləri də deyilir. Yəni, hamısı bir yerdə. 

Qalıcı xüsusiyyətlərə malik olduğu üçün gün ərzində bir neçə dəfə makiyajı təzələməyə ehtiyac yoxdur. Axşam təmizləməsəniz belə, dərini korlamır. Əskisənə, dərini qoruyur və gözəlləşdirir. 

BB kremlərinin faydalarını bu şəkildə sıralamaq olar:
  • Dərini 24 saat nəmləndirir. 
  • Kremin tərkibində olan mineral piqment ləklərini çəkildiyi anda tonunu dəyişdirir. 
  • Dəridəki cizgiləri və incə qırışları gizlədir. 
  • Tərkibindəki  C vitamini sayəsində dəriyə təravət və parlaqlıq bəxş edir. 
  • 15 faktorlu qoruyucu xüsusiyyəti ilə dərini günəşin mənfi zərərlərindən qoruyur.
Günəş şüuları dərinin yaşlanmasını sürətləndirir. Lakin BB kremlərinin bu qədər faydasını görüb aldanmaq lazım deyil. Hər nə qədər faydalı və mükəmməl xüsusiyyətləri olsa da, nəticə etibarı ilə BB kremləri rəngli nəmləndiricidir və əsl nəmləndiricinin yerini verə bilməz. Yaşlanmanın qarşısını almaq üçün hədsiz isti günlərdə hər gün evdən çıxmazdan əvvəl günəş qoruyucu krem çəkməyi unutmayın. 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri