Bəyaz dişlərə sahib olmaq haqqında bir neçə rəvayət var lakin bunların hansı dişlər üçün daha sağlamdır?
1. Sərt fırça istifadə etmək və sərt fırçalamaq dişləri bəyazladır? Sərt diş fırçaları diş minasına daha çox zərər verir. Dişləri səhv
fırçalamaq onların aşınmasına, soyuq və isti suya qarşı həssas olmasına
gətirib çıxara bilər. Dişləri yaxşı fırçalamaq sərtliklə deyil,
fırçalama texnikası iıə bağlıdır. Adətən orta sərtlikdə diş fırçaları
işlədilir. Çünki çox sərt fırçalar dişləri aşındırır. Çox yumşaq
fırçalar isə dişləri yaxşı təmizləmir.
2. Diş məcunundan həddindən artıq istifadə etmək dişləri cızırmı? Diş məcununun miqdarından çox içindəki qranulların böyüklüyü önəmlidir.
Dişlərin mina təbəqəsinin cızılması məcunun çox istifadə edilməsi ilə
deyil, işlədilən məcunun qranullarının böyük olması ilə bağlıdır. Buna
gör də qranulları iri olan diş məcunlarından mütəmadi olaraq istifadə
edilməməlidir.
3. Karbonat (soda) və duzla fırçalamaq dişləri bəyazladırmı? Karbonat və duz böyük qranullu olduğu üçün dişin təbii quruluşunu pozub
daha çox rənglənməsinə səbəb ola bilər. Buna görə də dişləri tez-tez
karbonat və duzla fırçalamaq olmaz.
4. Dişləri bəyazlatmaq onları daha çox saraldırmı? Dişləri tibbi yolla bəyazlatmaq onların rəngini açmaq üçün edilir.
Həkimin tövsiyə etdiyi kimi qidalansaq, yəni bəyazlatma müddətində
dişləri boyayan (çay, qəhvə, kola, siqaret) maddələrdən uzaq dursaq və
qeydinə qalsaq, dişlər saralmaz.
5. Bəyazladıcı məcunlar dişə zərər verirmi? Əslində, bu fikirdə həqiqət var. Bəzi məcunların içindəki qranullar çox
olduğu üçün diş minasını zədələyə bilər. Buna görə də bəyazladıcı
məcunlarını həkim məsləhəti olmadan almayın. Siqaret çəkənlər
bəyazladıcı məcunlardan və çox istifadə etməməlidir. Xüsusən də həkim
nəzarəti olmadan dişləri bəyazladıcı məcunlarla fırçalamayın.
6. Diş daşlarının təmizliyi də dişlərə zərər verirmi? Diş daşı təmizliyi həkim tərəfindən edildiyi müddətdə dişlərə heç bir
zəzər vermir, əksinə daşların orada qalması dişlər üçün çox zərərlidir.
Gələcəkdə dönüşü mümkün olmayan toxuma itkisinə səbəb ola bilər.
7. Diş daşlarını təmizlədikdən sonra daha çox diş daşı yaranır? Dişləri hər gün fırçalamaqla diş daşlarının yaranmasının qarşısını
almaq mümkündür. Lakin diş daşları bir daha yaranmayacaq deyə bir şey
yoxdur. Yaranan daşlar mütəmadi olaraq həkim tərfindən təmizlənməlidir.
8. Evdə bəyazlatma edilə bilərmi? Mağazalarda və apteklərdə satılan diş bəyazladcıların içindəki gellərin
konsantrasiyası çox aşağı olduğu üçün çox effektli olmaya bilər. Bu
məhsulları düzgün işlətmək də asan deyil. Ağardıcı məhsullardan düzgün
istifadə edilmədiyi halda dişlər zərər görə bilər.
9. Dişləri ağartmaq dişlərin həssas olmasına gətirib çıxarırmı?
Diş bəyazladıcı vasitələr dişlərin hardasa həssas olmasına səbəb ola
bilər. Lakin yeni istehsal olunan bəyazladıclar dişlərə o qədər də zərər
vermir. Yaranan həssaslıq bir gün ərzində keçir. Həssaslıq keçməyən
xəstələrdə isə xüsusi dərman və məcunlarla həssaslığı aradan qaldırmaq
mümkündür.