Yaşınızı gizlətmək istəyirsinizsə, gülməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 712
Səs ver:
(səs: 0)

Qırışlardan azad olmaq istəyənlərə

Yaşımız ötdükcə burun və ağzımızın kənarlarında yaranan cizgilər bizi yaşlı göstərir. Nazolabial, yaxud Marionette adıyla tanınan bu cizgilər üzümüzün elastikliyinin, yağlığının azalması, günəşin zərərli təsiri nəticəsində, bəzi hallarda isə genetik olaraq yaranır. Dərin qırışlarınızı gizlətmək üçün bir çox seçimləriniz var. Bunlardan biri də yağ inyeksiyasıdı. Yüngül cizgi və qırışlara sahib olan gənc qadınlar isə turşu əsaslı dolduruculardan istifadə edə bilərlər. Bu doldurucuların da təsir müddəti 10 ay çəkir. 50-60 yaşlarında olan qadınların üzlərində yağ azaldığından dəri aşağıya doğru sallanır və qırışlar daha dərin görünür. Bu cür xanımlar isə dərini sıx möhkəmləndirən dolduruculardan istifadə edə bilərlər. Bu doldurucular sayəsində üz həcm qazanır, qırışlar da yavaş-yavaş aradan qalxır. Qırışların yox edilməsində yağ transferi çox kömək edir. Belə ki, bədənin digər hissələrindən yağ götürülüb qırış nahiyələrinə iynə ilə doldurulur. Bununla da qırışlardan azad ola bilərsiniz. Dərinin elastikliyini artıran kremlərdən istifadə edin. Botulinium A inyeksiyası vasitəsilə qırışlarınızdan qısa müddətlik  azad ola bilərsiniz. Bəzi xanımlar qırışlardan azad olmaq üçün dərilərini dartdırır, yağ inyeksiyası elətdirirlər. Bunun sayəsində qırışlarınızdan birdəfəlik azad olmaq mümkündür.

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri