Qadın döşündə olan çatlara əlvida

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 10 647
Səs ver:
(səs: 4)
Bütün qadınların arzusu olan hamiləlik həm də qadın orqanizması üçün ağır yük olduğu üçün bu dönəmdə qadının xarici görünüşündə və daxilində bir çox dəyişikliklər baş verir.

Qadınlar.Biz xəbər verir ki, hamiləlik zamanı qadın çəki yığır, döşlərinə süd gəlir, doğuşdan sonra isə süd vəzləri böyüyür və döşlər daha da ağırlaşmağa başlayır.

Bu zaman təbii ki əsas yük döş nahiyyəsində olan dəriyə düşür. Dəri dartılır və çatlar əmələ gəlməyə başlayır. Dəridə yaranan striyalar ağ, qırmızı, bənövşəyi rəngdə olur.

Dəridə çatların əmələ gəlməsinə digər səbəb çəkinin artıb azalmasıdır. Bu halların qarşısını almaq üçün bir neçə üsuldan istifadə edə bilərsiniz.

İlk növbədə zeytun yağını çatların əmələ gələ biləcəyi hissələrə yeritməkdir. Bundan əlavə hamiləlik zamanı üzgüçülüyə və ya idman salonuna getməyiniz çatların qarşısını almaqda kömək edə bilər. Kontrast duş qəbul etmək həmçinin dəri üçün faydalıdır. Digər faydalı üsullara kəsmik maskası, döşün çobanyastığı dəmləməsi ilə yuyulması və masaj aiddir.

Doğuş sonrası çatlarla mübarizə daha çətindir. Çatlar sonradan yox olmur, sadəcə rəngi açılır və siz qaralanda onlar daha da çox nəzərə çarpır. Onları aradan qaldırmaq üçün xüsusi inyeksiyalardan, müalicəvi maskalardan, kapsula, pəhriz və dərinin elastikliyini artıran kremlərdən, əməliyyatlardan istifadə edirlər.
Müasir tibb çatlar olan dərini kəsib aradan götürür. Bu problemi həll etmək üçün istifadə edəcəyiniz dərman preparatlarını mütləq həkiminizlə məsləhət edin.
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 10 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri