İdeal çəkiyə sahib olmaq üçün nə etmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 18 597
Səs ver:
(səs: 5)

İdeal çəkiyə çatmaq bəzən ağrılı və çətin olur. Həftələrlə davam edən pəhrizlər, ağır fiziki hərəkətlər heç də həmişə istənilən nəticəyə gətirib çıxrmır.

Bəzən isə əziyyətlə bərabər, həm də depresiyada yaranır. Sizlərə ideal çəkini əldə edib qorumağın 10 yolunu təqdim edirik:


Yavaş və yaxşı çeynəyin

Toxluq hissi yeməkdən 20 dəqiqiə sonra beyinə siqnal vasitəsilə ötürülür. Tez-tez yeməyə fasilə verin. Tikələri yaxşı çeynədikdən sonra udun.


Boşqabı balacaladın

Plov, makaron kimi xəmir xörəkləri qabınızı kiçildin. Bu sizə daha az yemək yeməyə imkan verəcək. Balaca qabdakı yemək gözündə doymasına səbəb olacaq.


Su için

Su içməyi əsla saxlamayın. Günlük su təlabatı 1,5-2 litrdir. Yüngül aclıq hiss edəndə xırda yeməklər yerinə su için. Suyun tox saxlamaq özəlliyi olduğunu unutmayın.


Yemək yerinə idman

Əsəb,stres,depresiya kimi vəziyyətdə çoxları hisrsini yemək yeməklə alır. Belə halla qarşılaşanda yemək yerinə idmanı seçərək sağlam qalın.


Meyvə-tərəvəz yeyin

Vitamin və minerallarla bol meyvə-tərəvəzi rasionunuzdan çıxarmayın. Həftədə 2-3 dəfə paxla, lobya, noxud, mərcimək kimi yeməklərə üstünlük verin.


Yağdan istifadə

Heyvan mənşəli doymuş yağlardan mümkün qədər uzaq durun. Bu yağlar qandakı xolestrolu, yüksək təzyiq riskini artırır. Zeytun və digər bitgi yağlarından istifadəyə çalışın.


Soyuq qəhvə için

Çox içilən şəkərli və kalorili içkilər artıq çəkiyə əsas səbəbdir. Unutmayın ki, ən yaxşı içki sudur. Sudan əlavə yaşıl çay, evdə hazırlanan limonad, soyuq qəhvə içmək məsləhətdir.


Şirniyyat yerinə meyvə

Bir dilin tort yerinə ailənizə,dostlarınıza qarpız,qovun,alma,armud,əncir və şaftalı kimi meyvə hazırlaya bilərsiniz.


Səhər yeməyini unutmayın

Yuxuda olduğumuz 7-8 saat ərzində orqanizmin qidalanmaya böyük ehtiyacı yaranır. Buna görə də gün ərzində ən önəmli yemək səhər yeməyidir. Düzgün səhər yeməyi yeməyən insanlar gün ərzində daha çox kalorili yemək yeyirlər.


Yemək ötürməyin

Gündə 3 dəfə əsas olmaqla 5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha çox acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.

(səs: 5)
Şərhlər: 8
Baxılıb: 18 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri