Daha seksual görünmək istəyirsinizmi? MƏSLƏHƏT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 212
Səs ver:
(səs: 0)
Uzun saçları qat-qat kəsməklə onları olduğundan çox daha həcmli göstərə bilərsiniz

Solğun və korlanmış saçlardan xilas olun. Əksər xanımlarımızı narahat edən solğun saç və başka problemləri nəzərə alaraq öz məsləhətlərimizi veririk:
 
Düzgün şampun – Şampunu ancaq təmizlik üçün istifadə etməyin. İstifadə etdiyiniz şampunun vəzifəsi təkcə saçı təmizləməkdən ibarət deyil. Şampun saçı qidalandırmalı və zədələməməlidir. Şampunu saç tipinə uyğun seçin.
 
Saç kəsimi – Uzun saçları qat-qat kəsməklə onları olduğundan çox daha həcmli göstərə bilərsiniz. Qalın, lakin uzun model isə saçı nazik göstərir.
 
Havalandırmaq – Saçınızı qurudarkən fenlə yaxşıca havalandırın. Saçı həcmli etmək çox asandır, bunu evdə özünüz də edə bilərsiniz. Saç qurudanın müxtəlif aparatlarından yararlanaraq dalğalı və həcmli edə bilərsiniz.
 
Düzgün məhsul – Saçları həcmli göstərməyin bir çox üsul var. Önəmli olan, onlardan hansının sizin saçınıza uyğun olduğunu bilməkdir. Nazik tellər üçün krem və spreylər, normal saçlar üçün olan məhsullardan fərqlidir.
 
Dərinizi qidalandırın – Saçın sağlamlığı əslində, saç dərisindən asılıdır. Kəpəkdən şikayət edənlər və dərisi soyulanlar qidalandırıcı serumlardan istifadə etməlidir.
 
Qabarıq model - Saçı həcmli göstərməyin ən yaxşı çıxış yolu, yuxarı hissəsini daraqla qaldırmaqdır. Nazik dişli daraqlar qadınların çoxunun çantasında olur. Saçınızın qabartmaq istədiyiniz hissəsini nazik dişli daraqla həcm verə bilərsiniz.
 
Dalğalar – Evində biqudi olmayan qadın yoxdur. Onlardan istifadə qaydası olduqca asan və tez başa gəlir. Dolabın bir kənarına atdığınız biqudiləri saça həcm vermək üçün istifadə edin.
 
Buruqlar – Buruq və dalğalı saçlar seksual qadın obrazını tamamlayan detallardır.

© İstifadə edilərkən Qadinlar.Biz saytına istinad olunmalıdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri