Seksi görünməyin yolları!

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 11 290
Səs ver:
(səs: 0)
Dodaqlar üçün

Seksual dodaqlara sahib olmaq üçün iki variantınız var, ya qırmızı rəngdə pomada ya da dodağın təbii rəngi. İlk vəziyyətdə qırmızının bədəninizlə uyğun bir tonunu tutmanız lazımdır. Pomadanın düz
və qalıcı olması üçün pomadanı fırçayla çəkə bilərsiniz. Pomadanı çəkdikdən sonra bir qat da parladıcı istifadə edin. Dodaqlarınızın təbii rəngində qalmasını istəyirsinizsə yalnız parladıcı çəkin.

Sinələr üçün

İçində parıltılar olan bir kremi dekolte bölgənizə çəkin! Bədəniniz ağsa, çəhrayı tonlarında işıltılar daşıyan kremi seçim edin. Yanıq bədənlisinizsə, seçiminizi qızıl rəngi işıltılar daşıyan bir kremdən yana istifadə edin. Böyük bir fırça ilə iki sinənizin arasına bürünc toz pudra çəkməniz də sinələrinizin daha yumru görünməsini təmin edər.

Saçlar üçün

Saç rənginizin bir neçə ton açığından kölgələr etdirərək hər vaxt "işıltılı" görünə bilərsiniz. Bir başqa təklif də saçınıza ətir çəkməniz. Peysərdə bol toplanmış toppuzun hər vaxt seksual göründüyünü də xatırladaq. Uzun saçlısınızsa saçınızı gün üçün də daramağa laqeyd yanaşmayın.

 


Ayaqlar üçün

Qıçlarınız bürüncsə, parıltıları olan kremlərdən çəkə bilərsiniz. Topuqlarınızın çəhrayı
görünməsini də təmin etməlisiniz. Və təbii ayaqqabı seçimi. Dikdaban, iti ayaqqabıların seksual olduğu qəti. Ancaq narahat ayaqqabılar duruşunuzu pozub döyənəklərə səbəb ola biləcəyindən ayaqqabı seçimində rahatlığı və keyfiyyəti ön planda tutun.

Əllər üçün

Dırnaqlarınızın hamısı eyni uzunluqda olmalı. Dırnaqlarınız fərqli boylarda isə seçiminizi təbii rənglərdən yana istifadə edin. Qısa kəsilmiş və parladıcı ilə təbii bir görünüş almış dırnaqlar da seksual ola bilərlər. Maraqlı, amma çox diqqət çəkici olmayan bir üzük də fərqli bir stil yaratmanızı təmin edə bilər.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 11 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri