Nazik saçları qalın və həcmli göstərməyin yolları - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 11 616
Səs ver:
(səs: 2)
Nazik saçlı xanımların ən böyük problemi onları həcmli göstərə bilməməkdir. Amma düzgün saç modelləri ilə saçları həcmli və qalın göstərmək mümkündür.  

Qısa modellər - Saç nə qədər qısa olsa, bir o qədər qalın görünər. Saçınız nazikdirsə, Nataliya Portman və Cessika Albanın qısa saç modelini nümunə götürə bilərsiniz. Həm də bu kəsimli saçlar çox sağlam və güclü uzandığı üçün saçqıran problemi ilə qarşılaşmazsınız.

Yan kəkillər - Başın üst hissəsinə düşən yan tərəfə daranmış kəkillər nazik saçlar üçün düşünülüb. Bu kəkil tərzi saçın nazikliyini gizləyə bilir. Bu modeli açıq, ya da yığılmış, uzun, ya da qısa saç modellərində istifadə edə bilərsiniz.

Yuxarı qaldırılmış saçlar - Saçı həcmli göstərməyin ən yaxşı yoludur. Xüsusən də nazik saçlar üçün idealdır.

Dalğalı saçlar - Buruq ya da, dalğalı saçlar hər zaman düz saçlardan daha həcmli görünür. Saçınıza fenlə dalğa verə bilərsiniz. Ya da nəmli saçı yüngül hörüb axşam yatın. Səhər duranda açın. Bu zaman istədiyiniz həcmli saçlara sahib olacaqsınız.

Kənarda yığın - Bütün saçı bir tərəfə toplayaraq vintaj stili yarada bilərsiniz. Yığdığınız hissəyə broş taxaraq saçınıza xüsusi bəzək verin.

Qatlı kəsimlər - Uzun saçlardan fərqli olaraq, qısa saçları qatlı kəsimlər daha həcmli göstərir.

Balyaj və ombre - Saçlarda fərqli tonlar yaradaraq daha həcmli görünməsini təmin etmiş olarsınız.

Aksessuar - Saç lentləri, broşlar və başqa saç bəzəkləri saçı həcmli göstərir.

 

 
Hörüklər - Saçın nazik görünməsinin qarşısını alan digər bir üsul da hörüklərdir. Saçın bir tərəfindəki incə hörüklər saçı həcmli edir.

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 11 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri