Çayla gözəlliyinizi təzələyin

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 782
Səs ver:
(səs: 1)
Dəri yeniləyici maska

Bu maska dərinizdəki toksinlərin atılmasına köməkçi olacaq. Üç yemək qaşığı qatıqla bir şirin qaşığı bal və çayı qarışdırın. Gözlərinizi qoruyaraq üzünüzə çəkin və 20 dəqiqə gözlətdikdən sonra yuyun. Dərinizdəki yumşaqlıq və canlılıq hissini dərhal fərq edəcəksiniz.

Şiş gözlərdən xilas olun

Xüsusilə yorucu bir günün ardından ya da kompüter qarşısında uzun müddət qaldınızsa və ya axşam çox gec yatdınızsa, gözlərin şiş və yorğun görünə bilir. Lakin bu vəziyyət canınızı sıxmasın. Bir çox dərdə çarə olan çay şiş gözlər mövzusunda sizə köməkçi ola bilər. Bunun üçün iki paket çayı yarım çay fincanı qaynar suda 15 dəqiqə dəmləyin sonra soyuducunda bir az soyumasını gözləyin. Soyuducunda soyuduqdan sonra iki parça pambığı çaya batırın, sıxdıqdan sonra göz qapaqlarınızın üzərinə yerləşdirin və təxminən 10 dəqiqə qədər gözlədin. Gözlərinin çox daha yaxşı göründüyünü görəcəksiniz.

Saçlarınızı parladın 

"Saçlara da çay çəkilərmi?" deyə soruşmayın. Əgər saçlarınız köhnəldiyi üçün cansız və mat görünürsə çay duşu kimisi yox. Saçlarınızı ilk olaraq normal şampununuzla yuyun və durulayın. Sonrasında daha əvvəl demlediğiniz çayı saçınıza tökün və təxminən beş dəqiqə qədər saçınızda gözlədin. Saçınızı duruladıqdan sonra qurutma maşını köməyi ilə deyil də öz-özünə qurumasını gözləyin. Ardından saçınıza istədiyiniz kimi şəkil verə bilərsiniz.

Çayın tərkibində olan tein adlı maddə həm xəbərdarlıqçı həm də susuzluğu aradan qaldırıcı xüsusiyyətlər ehtiva edir. E vitaminindən 20 qat daha güclü bir antioksidan olan polifenol adlı maddə isə qan dövranını sürətləndirərkən, hüceyrələrin oksidlənməsini önləyir və dərinin yaşlanmasını gecikdirərək möhkəmləşdirici bir təsir təmin edir.

Dərinizi canlandırın

Xüsusilə quru dərilər üçün qurtarıcı funksiyası yerinə yetirən çayı etibarla istifadə edə bilərsiniz. Nəmləndirici üz kreminizin içərisinə bir az çay əlavə edin və üzünüzə gecə yatmadan əvvəl çəkin. Sonra dərinizi ilıq suyla yuyun və qurudun. Dərinizin yumşaq olduğunu görəcəksiniz. Çayın tərkibində olan təbii astrinent adlı maddə təbii bir möhkəmləşdiricidir. Bu səbəblə dərinizi yalnız çayla yuma belə canlanmasına köməkçi olur.

Qeyd: Edilən araşdırmalara görə üzü qara ya da yaşıl çay ilə yumaq dəri xərçəngindən də qorunmağa köməkçi olur.

/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri