Saç tökülməsi və onun ən müasir müalicə yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 29 752
Səs ver:
(səs: 11)
İnsanların xarici görkəmində böyük əhəmiyyət kəsb edən təbii aksesuarlardan biri də saçlardır.Bildiyimiz kimi doğulduğu gündən körpənin başında saçları olur və bu saçlar həyat boyu müxtəlif dəyişikliyə məruz qalır.Beləki,əvvəlcə ilk 3 aylığa qədər uşaqda vellus deyilən tüklər olur və sonradan tökülərək onları intermedial,yəni aralıq tüklər əvəz edir.Ancaq bu tüklər də yetkinlik yaşında tökülərək daimi,yəni terminal tüklərlə əvəz olunur.Saçların müxtəlif yaşlarda inkşaf fazalarında aşağıdakı faktorlar rol oynayır:
- İrsi
- ətraf mühit və ekologiya
- qida
- sosiyal həyat və stress
- hormonal
- müxtılif keçirilmiş xəstəliklər və s.

Bu faktorlar eyni zamanda saç tökülməsinin də səbəbkarı ola bilər.Müasir dünyamızda saç tükülməsi problemi cinsindən asılı olmayaraq bir çox insanları narahat edir.Formalarına görə saç tökülməsini bir neçə kateqoriyaya ayırmaq olar:
- ocaqlı alopesiya
- diffuz alopesiya
- total alopesiya
- traksiyon alopesiya
- androgenetik alopesiya
- telogen alopesiya
- anogen alopesiya
- capıqlaşan alopesiya  və s.

İnsanlar arasında irsi saç tökülməsi kimi tanıdığımız androgenetik formaya daha çox rast gəlinir.
Androgenetik saç tökülməsinin səbəbini alimlər araşdırıb müxtəlif versiyalar irəli sürsələr də dəqiq elmi nəticəyə gəlmək hələlik mümkün olmamışdır.Bu versiyalardan biri də testesteron yəni kişi hormonun təsirindən başın tüklü hissəsində yağ ifrazının artmasıdır.Yağlanma nəticəsində folikullarda sebium deyilən maddə toplanır və yatmış fazada olan tüklərin inkşafına əngəl törədir.Nəticədə alın və təpə nahiyyəsində saçların seyrəlməsi və keçəlləşmə müşahidə olunur.Androgenetik saç tökülməsi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.Təxminən 25% kişilərdə 30 yaşdan sonra andogenetik saç tökülməsi müşahidə olunur.ancaq son zamanlar bu yaş həddi daha da azalmağa başlamışdır.
Androgenetik alopesiyanın mərhələləri Norvud-Hamilton (Norwood-Hamilthon) tərəfindən 1974 cü ildə aşağıdakı şkala ilə müəyyən olunmuşdur:

Şkaladan da göründüyü kimi saç tökülməsi ənsə və gicgah nahiyyəsindən başqa ön alın tərəfdən U şəklidə ,təpədən isə  O şəklində artaraq bütövləşə  bilər.

Androgenetik alopesiyayanın müalicəsində müxtəlif metodlarından istifadə olunmasına baxmayaraq daimi effekt almaq hələki mümkün olmamışdır.Bu problemi aradan qaldırmaq üçün saç köçürülməsi prosesı son zamanlar daha da inkşaf etmişdir.Ən son metod olan FUE yəni "Folicular Unite Extraction”metodu ənsə nahiyyəsindən heç bir capıq və tikiş olmadan xüsusi alətlər vasitəsi ilə  alınan saç köklərinin donor sahəyə tranplantasiyasıdır.Sadəcə lokal anesteziya altında aparılan bu əməliyyat xəstənin həyat şəraitinə heç bir mənfi təsiri olmur.Ənsədən alınan qreftlər təpə nahiyyəsində xüsusi açılmış mikrokanallara köçürülür.Bu qreftlərin hər birində 2-4 tük olur.Əkilmış saçların bir hissəsi tökülərək təxminən 6-12 ay ərzində yenidən çıxaraq tökülmüş nahiyyələri saçlandırır.
 Saç əkiləcək nahiyyədə cizginin təbii olması və saçların istiqaməti ən vacib məsələlərdəndir.Bundan başqa əkim üçün ənsədən ən canlı qreftlərin alınır.Əgər pasientin saçlarında ağ tüklər də varsa o zaman qreftər qarışıq alınır ki,təbilik qorunsun.
Ənsə nahiyyəsindən qreftlər alarkən xüsusi ucları olan mikromotordan istifadə etmək işin sürətini artırır.Ənsədəki saçların yalnız dörtdən birini alındığı üçün arxada seyrəklik müşahidə olunmur.Bu saçlar digər saçlar kimi daranır,uzanır,yuyulur,qırxılır və s.Əkilmiş saçlar  heç vaxt tökülmür.Buna səbəb onların tökülməyən nahiyyədən alınmasıdır.
Pasintlərimizin saçlandırılması onların sosiyal həyatlarında özünəinamı artırır və daha estetik görünmələrini təmin edir.

Həkim dermatoveneroloq-kosmetoloq DR. Ramil Qocayev

Ünvan: AZ1119, Babək prospekti 85K, Bakı / Azərbaycan
Tel:    (+99412) 570 03 03
         (+99412) 570 20 20
         (+99412) 949
         (+99450) 427 03 03
         (+99470) 295 09 49
(səs: 11)
Şərhlər: 5
Baxılıb: 29 752
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri