Gənc qalmanın sirri gənc qanda

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 176
Səs ver:
(səs: 0)
Həm beyin həm əzələlər cavanlaşır
Araşdırmaçılara görə, gənc qan həm beyni və həm də əzələləri cavanlaşdırır. Araşdırmalar, insan yaşına görə 20 və 60 yaşlarına bərabər gələn iki qrup siçan üzərində edildi.

Gənc siçanlardan alınan qan, yaşlı siçanlara nəql edildi. Qan nəqli, 3 həftə davam edərkən cəmi 8 dəfə edildi. Bu müddət ərzində, gənc qan nəql edilən yaşlı siçanların enerjisi artdı. Beyin və əzələ funksiyalarında yaxşılaşma qeyd edildi.  Yaşlı siçanların yaddaş və öyrənmə qabiliyyətləri də inkişaf etdi.

Xəstəliklərə ümid oldu
Araşdırmaçılara görə, gənc qanın sirri 'GDF11' adlı bir zülal. Gənckən qanda bol miqdarda olan bu zülal beyin və əzələləri gənc, güclü tutur. Araşdırma, yaşlanmaqla ortaya çıxan demans və alzheimer kimi xəstəliklərin müalicəsi üçün də ümid oldu.

İnsanlar üzərindəki təsiri hələ bilinmir
Mütəxəssislər, gənc qanın eyni təsiri insanlar üzərində göstərməsi halında bu cür xəstəliklər üçün ümid ola biləcəyi fikirində. İnsanlar üzərindəki müalicə məqsədli sınaqların 2-3 il içində başlaya biləcəyi yazılır.

/Mənbə.Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri