Kristen Stewartın gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 910
Səs ver:
(səs: 3)
Üsyankar bir Disney şahzadəsinə bənzəyən Kristen Stewart yeni Balenciaga ətir kampaniyasını və gözəllik vərdişlərini izah edir...
Twilight filmindəki Bellə Swan xarakteriylə hər kəsin pərəstişini qazanan və karierasında əmin addımlarla irəliləyən gözəl oyunçu Kristen Stewart fərqli stili və təbii gözəlliyiylə Hollywood qarışıqlığında ön plana çıxmağı bacarır.
Kristen Stewart, hansı dodaq boyasını sevdiyini, yeni reklam kampaniyasını, ətirini necə istifadə etdiyini, qırmızı xalçadakı üsyankar stilini və möhtəşəm saçlarının sirrini izah edir!


Bir neçə mövsümdür Balenciaga markasının üzü olan Stewart, Nicholas Ghesquière'in Florabotanica ətirini və hekayəsini çox bəyənir. İkinci ətir kampaniyası olan Rosabotanica bu hekayənin davamını gətirir.
"Təhlükəli amma gözəl və egzotik bir botanika bağçasından keçən bir qızın əhvalatı izah edilir, xoşuna gələn qoxuları yığır və öz mənliyini meydana gətirir." deyən Stewart reklam kampaniyasını bu şəkildə izah edir.
Kristen Stewart, "Əyləncəli və havalı idi. Bədənimin fiziki olaraq orada olması fikirini bəyəndim. Çiçəklər tamamilə əl istehsalıdır. Onları şəxsən görmək çox xoş idi." deyir.


Ətirini duşdan sonra boyunun iki yanına vurmağı sevdiyini deyən Kristen Stewart, paltarlarına da ətir vurduğunu, bu şəkildə qoxunun daha qalıcı olduğunu izah edir.
Kristen Stewart qüsursuz dərisiylə olduğu kimi möhtəşəm, dəniz dalğalarına sahib saçlarıyla da qadınların qısqanclıq dolu baxışlarına məruz qalır.
Saçlarına xüsusi bir şey etmədiyini ifadə edən Stewart, yalnız sörf spreyi adı verilən duzlu su tərkibli saç baxım spreyi vurduğunu və saçlarını qıvıraraq yığdığını deyir.
Gözəl oyunçu, saçlarının quruluşunun bu şəkildə olduğu üçün özünü şanslı gördüyünü də əlavə etməyi unutmur!


 
Kristen Stewart qara tuş, eyeliner və bağlayıcı olmadan yaşaya bilməyəcəyini deyir.
Quru şampunlar isə gözəl oyunçu üçün həyat qurtaran bir məhsuldur. Stewart quru şampunların sprey şəklindəki növlərini deyil toz halındakıları seçir.
Sprey vurduqda saçlarının boz kimi göründüyünü deyən gözəl oyunçu toz quru şampunların saçında daha uzun davamlı bir təsir yaratdığını ifadə edir.
Qırmızı xalçadakı üsyankar göz makiyajı onun işarələrindən biri halına gəldi.
Kristen Stewart qırmızı xalçada niyə bu dramatik makiyajı seçir?
Makiyaj, saç baxımı kimi şeylərlə çox maraqlanmadığını ifadə edən Stewart, geyinərkən də çox praktik olduğunu deyir. Qırmızı xalçada dramatik göz makiyajının yanında dodaqlarında ya tünd qırmızı ya da nude tonlarını seçdiyini deyən Stewart bu mövzuda cəsur addımlar atmağı sevir.

(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri