Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər

Müəllif: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 6 684
Səs ver:
(səs: 3)
Orqanizmi təmizləməyə və təhlükəsiz arıqlamağa hazır etmək lazımdır. Bu tövsiyyələrə əməl etsəniz, artıq bir həftədən sonra real nəticələr görməyə başlayacaqsınız.

1. Porsiyanı azaldın. İstədiyinizi yeyin, ancaq az həcmdə. İştahanız üzərində hakim olmaq üçün özünüzü aldadın. Yemək yediyiniz boşqabı desert boşqabı ilə əvəzləyin ki, yemək qabda az görünməsin. Belə bir təəssürat var ki, qaba yerləşən qədər yemək lazımdır.

2.
Gün ərzində sonuncu qidanız yüngül olmalı və yuxudan ən azı 3 saat öncə qəbul edilməlidir.

3. Axşam çalışın, bir stəkan qatıq içəsiniz və alma yeyəsiniz.

4.
Tez-tez yeyin. Nə qədər çox yemək atışdırırsınızsa, bir o qədər az yemək istəyirsiniz. Bir dəfəlik porsiya 100-150 qramdan artıq olmamaqla, 3 saatdan bir olmalıdır.

5. Daha yüngül qidalara keçin. Rasionunuza tərəvəz şorbası, toyuğun döş əti, tərəvəz, salat, dəniz məhsulları və yağsız süd məhsulları daxil edin.

6. Yemək vaxtı su içməyin.

7. Yeməkdən sonra ən azı yarım saat maye qəbul etməyin.

8. Yeməkləri bölüşdürməyi bacarın. Misal üçün, yağlı qida ilə zülallı qidanı eyni vaxtda qəbul etmək orqanizminizə yalnız ziyan vura bilər.

9.
Əgər az yemək istəyirsinizsə, onda yeməkdən öncə bir qədər su için və ya alma yeyin. Belə olanda mədəniz qismən dolacaq və daha az yeyəcəksiniz.

10. Həftədə bir dəfə özünüz üçün yükdən azad olma günü elan edin. Yalnız alma, qatıq və ya kəsmik yeyin.

Bu məsləhətlərə əməl etməklə bütün yay fəsli ərzində, hətta sonra da hər kəs sizin fiqura gözəlliyinizə heyran qalacaq.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri