Dərinizi zədələmədən sağlam üsulla qaralın

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 3 094
Səs ver:
(səs: 0)
Əgər bədənimi günəş şüalarıyla qaraldacam deyirsizsə, bəzi qaydalara əməl etməlisiniz. Əslində günəş şüalarının altında saatlarca uzanmaq özü ilə bəzi təhlükələr gətirir. Sağlam qaralmanın ən klassik yolu saat 10:00-15:00 arasında günəş altına cıxmamaqdır. Günəşin zərərli şüalarından qorunmaq üçün yay fəslində hər gün günəş kremlərindən istifadə etmək sizə səhər yeməyiniz qədər vacibdir, əziz xanımlar. Buna görə də günəşə cıxmadan 20 dəqiqə əvvəl SPF50 faktorlu qoruyucu kremlərdən istifadə edin. Əgər dəniz və ya hovuz kənarındasınızsa, kremlərdən daha tez-tez istifadə etməniz məsləhətdir, çünki suya girib çıxdıqca krem təsirini itirir.
Qoruyucu kremlərlə birgə mütləq günəş eynəkləri və papaqdan da istifadə edilməlidir.
Keyfiyyətli günəş eynəyi günəş şüalarının 99%-ni neytrallaşdıriır.

Hamilə qadınlar nəmləndirici kremləri belə həkim məsləhəti olmadan istifadə etməməlidirlər. Dermatoloqun göstəriş verdiyi məhsullardan istifadə edin ki, dərinizdə yay fəslindən "yadigar" qalan ləkələr olmasın.

Qoruyucu kremləri uzun müddət istifadə etdikdə dərinizin quruma ehtimalı böyük olacaq. Bunu nəzərə alaraq paralel nəmləndirici kremlərdən də istifadə edin. Satış mərkəzlərində nəmləndirici tərkibli qoruyucu kremlər var, ən yaxşı variant onlar ola bilər. Qoruyucu kremdən əvvəl parfum belə istifadə etsəniz, kremin təsiri sıfra enəcək, bunlara diqqət edin, xanımlar. Mümkün qədər açıq rəngli paltarlara üstünlük verin. Yay fəslində dəniz, hovuz kimi yerlərdə daha çox olduğumuzdan dəri daha cox qurumaya məruz qalir. Nəmləndirmə və qulluğa ehtiyacı olan dərinizə evdə gündəlik qulluqdan əlavə həftədə 1-2 dəfə nəmləndirici maskalar da tətbiq edin (bu ən çox yay fəslində daha tez-tez olmalıdır). İstifadə etdiyiniz qoruyucu və qaraldıcı kremlər dərinizin altına çökərək ölü təbəqə yaratdığından tez-tez belə maskalara ehtiyac var demekdir.

Günəs şüası dərini ən sürətli qocaldan faktordur. Ən son təsdiq edilmiş arasdırmalardan biri isə bu şüaların dəri xərçənginə yol açma ehtimalının yüksək olmasıdır.

Açıq rəngli dəriyə sahib olan xanımlar siz çox asanlıqla karamel qaralmaya sahib ola bilərsiniz. Belə ki, qaralmağa qərar verdiyiniz ilk günlərdə 15 qoruma faktorlu bir kremi dərinizə çəkərək yalnız saat 11:30-a qədər günəşlənmək kifayətdir. Hətta suda olsaniz belə kremi tez-tez yeniləyin ki, günvurma ehtimalınız az olsun.

Əsmər xanımlarsa, daha keyfiyyətli qaralma və bu özəlliyi uzun müddət saxlama qabiliyyətinə malikdirlər. Amma təəssüf ki, ultra bənövşəyi süalar ağ dərili xanımlara necə tısir edirsə sizin də dərinizə eyni təhlükəylə gəlir. Az qırışlar və günvurma ehtimalı sizdən də yan keçməyəcək. Amma əsmər xanımlara 8 qoruma faktorlu günəş kremləri istifadə etmək yetərlidir. Burun, əllər, çiyinlər kimi həssas bölgələri stick şəklində olan qoruyucu kremlərlə "mühafizə" edə bilərsiniz. Onlar çantada da çox yer tutmur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri