Arıq görünmənin sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 992
Səs ver:
(səs: 2)
Arıq  görünmənin tək yolu bitmək bilməyən dietlər deyil. Kiçik detallarla və doğru paltar kombinasiyasıyla daha zəif görünə bilərsiniz.

Şalvarlarınız, ətək, bluz və ayaqqabılarınızı düz bir şəkildə kombinə edərək ən az 6 kilo vermiş kimi görünməniz mümkündür. Bir də bunların hamısı qara rəngdədisə  daha da zəif bir görünüş əldə edə bilərsiniz. Əgər tək rəng işi mənə görə deyil deyirsinizsə, ayaqqabılarınıza fərqli bir rəng seçə bilərsiniz.

İncə görünmənin ilk sirri nisbət seçimidir.
Enli  və yumru seqmentlər sizi kobud və kilolu göstərər. Buna görə də   enli bir ətəklə dar bir kofta, uzun və valanlı  bir üst donu yerinə dar bir cinsi, ya da mini ətəkli daha uzun bir bluz seçə bilərsiniz.

Doğru pencək seçkisi
Ombalara qədər uzanan pencəklər və ya üzərinizdə gen dayanan modellər sizi olduğunuzdan daha kilolu göstərər. Bel qisimi oturan bir pencək hər vaxt belinizi incə göstərəcək.

Formalı ətəklər
Qələm ətəklər yaxşı və  xoş olsa da sizi  daha kobud göstərə bilər. Belə oturduqdan sonra yüngülcə enlənən bir ətək hər vaxt daha yaxşı seçimdir.

Cins  şalvarlarınızı dikdabanlarla geyin
Jurnallarda və qəzetlərdə niyə  bir çox məşhurun cins şalvarla  dikdaban ayaqqabı geydiyi ilə heç maraqlanmısınız?
Çünki bu son dərəcə doğru bir seçimdir. Belə bir kombinasiya xüsusilə dar seqment bir cinslə edilsə hər qadını olduğundan daha incə, uzun və qəşəng göstərəcək.

Şalvarınızın seqmentinə diqqət yetirin!
Bel qisimi manjetsiz, düz olan və üzərinizdə 1 -2 sm daha geniş olan bir şalvarı seçin. Beləcə qarın qisiminiz ikiyə bölünməz və daha zərif  görünərsiniz.

Nəzəri cəlb edən və naxışlı geyimlərə diqqət edin.
Naxışların da düz paltarlar qədər incə göstərmə  xüsusiyyəti var, ancaq doğru istifadə edildiyində...
Əgər ombalarınız genişsə qara bir tayt geyə bilər, üzərinə naxışlı bir tunik ilə kombinasiya edərək formanızdakı artıq hesab etdiyiniz bütün şeyləri gizlədə bilərsiniz.  Unutmayın, nə qədər kiçik naxışlı paltarla seçsəniz,  o qədər incə görünəcəksiniz.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri