Yaşından cavan görünmək üçün nə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 366
Səs ver:
(səs: 2)
Amerika alimləri maraqlı eksperiment aparıblar. Onlar qadın əllərinin fotoşəkillərini yoldan keçənlərə göstərib onlardan əl sahibinin yaşını söyləməsini xahiş ediblər. Bu sorğu zamanı əksər hallarda tədqiqat iştirakçıları yaşı düzgün müəyyən edə biliblər.

Eksperiment çərçivəsində fotoların bir hissəsini kompüterdə fotoşop proqramının köməyi ilə dəyişib, dəri qüsurlarını, qabarmış venaları yığışdırıb, əvəzinə dırnaq boyası, üzük və bilərzik əlavə ediblər. Belə fotolara baxan iştirakçılar yaşı düzgün müəyyən edə bilməyiblər. Montaj çox yaşlı qadınların dərisi nazilmiş, piqment ləkələri və qırışlı əllərinin yaşını gizlədib.

Üzdə heç bir qırış olmasa da, əllər daha çox təsirə məruz qaldığı üçün qrışların və ləkələrin yaranması qaçılmazdır. Bu baxımdan əllərlə yaşı düzgün vermək mümkün olur. Əllərin üstündə qabarmış venalar yaşı daha çox bildirir. Araşdırmada venaların silindiyi fotolardakı əllər daha cavan görünüb. Kök, qırışların və qabarıq venaların görünmədiyi əllər cavan görünür. Dırnaq boyası və zinət əşyaları da əllərin görkəmini cavanlaşdırır. Mütəxəssislərin fikrincə, əllər yaşı biruzə verirsə, deməli, onların zahiri görkəmini yaxşılaşdırmaqla yaşından cavan görünmək mümkündür.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri