Qısa vaxt ərzində qaralmağın effektiv üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 133
Səs ver:
(səs: 1)
Yay mövsümündə bir çox xanımlar tez qaralmaq, daha tünd dəriyə sahib olmaq istəyirlər.

Qısa vaxt ərzində qaralmağın və effekti uzun müddət saxlamağın üsullarını təqdim edirik:

• Dərinin effektli qaralmasını istəyirsənsə, günəşə çıxmazdan əvvəl dəriyə qaralma yağı əvəzinə qidalandırıcı yağlı krem çək və 15 dəqiqə günaltında gəz. Gözətrafına daha qalın qat çək. Çünki gün şüası qırış əmələ gətirir. Çimərlikdən qayıdandan sonra kremi ilıq su və uşaq sabunu ilə yuyub, dəriyə uşaq kremi çək.

• Gündən qaralmanın ömrünü uzatmaq istəyirsənsə, hər duş qəbul edəndən sonra bədəni qara çay dəmi ilə yaxala. Bu prosedur məsamələri yığar, dəri yağlılığını aradan götürər, dərini elastik edər.

• Pilinq qaralmış dərini soldurur. Yayda skrabı kofe qalığı ilə əvəz et. Bu həm də sellüliti aradan qaldırır.

• Qaralmış üz dərisini qidalandırmaq və eyni zamanda rəngini qorumaq istəyirsənsə, bu maskanı sına: doğranmış pomidor, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı və eyni miqdarda südü qarışdırıb, maskanı 20 dəqiqə saxla. Üzü əvvəlcə ilıq, sonra soyuq su ilə yu.

• A vitamini dərinin rəngini bərpa edən ən gözəl vasitədir. Süd, yumurta sarısı, ərik, ispanaq, kök, mal ciyəri, pomidor və yağ A vitamini ilə zəngindir. Qırmızı və sarı bitkilərin tərkibində rəngləyici maddə olduğu üçün o özünü dəridə əks etdirir.

• Super qaralmaq istəyirsənsə, günəşə çıxmazdan əvvəl bədəninə pivə sürt.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri