Çirkin olmağın üstünlükləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 3 313
Səs ver:
(səs: 4)
Qüsur saydığımız iri qulaqlar, böyük burun, qısa ayaqların əslində sağlamlığınıza daha çox xeyir verdiyini bilirdinizmi?

"Oxford” və "Southampton” universitetlərində aparılan araşdırmalara görə, çirkin olmağın öz üstünlükləri var. Məsələn, böyük qulaqlar qocalanda daha yaxşı eşidəcək, böyük burun daha az infeksiya yoluxacaq. Bir sözlə hər şeyin öz faydası var...

İri ombaların xeyri
Araşdırmalara görə, iri ombalar zərərli xolesterolun qarşını alıb, damar sərtləşmələrinə qarşı qoruyucu funksiyası daşıyan xoşxassəli xolesterolu yüksəldir. Oksford Universitetinin tədqiqatlarına görə, iri omba diabet riskini də ortadan qaldırır. Ombadakı və ayaqlardakı yağlar xoşxassəli olsa da, qarın ətrafı yağlar zərərlidir.

Kiçik döşlərin xeyri
Qadınların bəzən "mükafat”, bəzən də qüsur saydığı böyük döşlər beldə ağrılara səbəb ola bilər. Vyana Universitetində edilən araşdırmaya görə, böyük döşlərlə müqayisədə balaca döşlərin həssaslığı 24 faiz azdır. Bundan başqa, döş uclarında olan sinirlər balaca döşlərdə daha sıxdır.

Böyük qulaqların xeyri
Böyük qulaqlar qocalıqda yaranan eşitmə zəifliyinin qarşısını alır. Həkim Ralf Houmun dediyinə görə, qulağımızın ətrafı səsləri mərkəzləşdirməkdə vacib rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əlini qulağının arxasına qoyduğunu görməmiş olmazsınız. Yəni qulaq nə qədər böyük olsa, qulaq kanalınıza səslər daha yaxşı ötürülər.

Qalın barmaqların xeyri
Qalın və balaca barmaqlar gözəl görünməsələr də, bu cür barmaqlara sahib olanların bəxti gətirib. Alimlərin məlumatına görə, qısa barmaqlar insanların sürətli qaçma bacarıqlarını artırır. Uzun barmaqlarla iş görəndə isə daha çox enerji sərf olunur.

Qısa ayaqların xeyri
Çikaqo Universitetinin araşdırmaları göstərib ki, qısa ayaqlar daha qalın sümüklüdür və bu da öz növbəsində sağlamlıq üçün vacib şərtdir. İnsanlardakı osteoporoz və ya qocaldıqca ortaya çıxan sümük qırılmaları sümük sayı ilə bağlıdır. Bəzi qırılma növlərində daha böyük sümüklərə sahib olmaq üstünlük hesab olunur.

Böyük burnun xeyri
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz hissəciklərinin və bakteriyaların qarşısını alır. Tədqiqatçılar böyük burunların 7 faiz daha az çirk keçirdiklərini bildirirlər.

Ona görə ürəkli olun, belə problemi olanlar bunu özünüzə dərd etməyin.
Sizin də belə üstünlükləriniz varmı? :)

Əminəm ki , bu saytda çirkin qadın yoxdur...;)
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 3 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri