Korsetin xeyiri və zərəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 025
Səs ver:
(səs: 2)
Korset geymək həm xeyirlidir, həm də zərərli.
Korsetlər, qadınların vazkeçilməzidir. Hələ bədən quruluşunuz balıq ətli formasındadırsa, korset geyməyə ehtiyac duyulur. Bir paltar geyinərkən, ziyafətə gedərkən bədəninizin artıq çəkisini örtər  və əndmınızı gözəl göstərər. Bir çox çeşiddə olan korsetlər, eyni zamanda arıqlamanıza da səbəb ola bilər. Xüsusilə, sellülit üçün nəzərdə tutulmuş korsetlər bədəni düz göstərməklə yanaşı, arıqlamanza da köməkçi olar. Xüsusilə bel üçün nəzərdə tutulmuş korsetlər, uzun libaslarla geyinmək üçün olan korsetlər, idman geyimlərində lazım olan korsetlər, parafinli korsetlər, hamiləlikdən sonra istifadə olunan, korset növləri movcuddur.

Korsetin faydaları
Vücudu yığar və gözəl görünməni təmin edər.
Tərlədər, bu da arıqlamğa gətirib çıxarar.
Doğuşdan sonra qarnın yığılıb yerini almasına kömək edər.
Ayaq üçün nəzərdə tutulmuş korsetlər idman edərkən istifadə olunar və ayaqları burxulmadan qoruyar.
Bel korsetləri bel yırtığlarına (qrija) və bel ağrılarına kömək edər.

Korsetin zərərləri:
Bədəninizə uyğun olmayan korsetlər vücud pozulmalarına gətirib çıxarar. Mütləq bədəninizə uyğun korset geyinin.
Uzun müddət korset geyindiyinizdə tərləmə halları baş verir, bu da soyuqlamaya səbəb ola bilər. Eyni zamanda təmizliyə də fikir vermək lazımdır.
Tərləməyə səbəb olan və bədəninizin nəfəs almasına maneə törədən sintetik  korsetlər geyinməyin.

Korset geymək doğurdan da arıqladırmı?
Korset geyinməyin arıqlamaya səbəb olması bir gerçəkdir. Korset geyərkən tərləmə halları baş verir ki, bu da bədəndə olan artıq yağları atmağa səbəb olur. Əgər uyğun korseti, düzgün şəkildə istifadə edərsəniz arıqlaya bilərsiniz.  Gündüzlər 8 saat ərzində bütün günü, gecə isə idman üçün nəzərdə tutulmuş korset geyinmək, əlbəttə ki, öz təsirini göstərəcəkdir. Korset geyərkən çoxlu su içmək də şərtdir.  Təbii ki, arıqlamaq istəyən hər kəs bir korsetlə kifayətlənməməlidir. Bu səbəbdən qidalanmanıza diqqət etməli və ya hər hansı bir dietoloqdan məsləhət almalısınız.

Korseti necə istifadə etmək lazımdır?
Korset seçərkən bədəninizə tam uyğun olanını seçmək lazımdır.  Vücud xətlərinə və bədən ölçüsünə görə korset olmalıdır. Sadəcə göbək yağlarınız üçün korset geyinmək istəyirsinizsə, bel bölgənizi də tutan korsetlər geyinin.  Paltarın əyninizdə gözəl görünməsi üçün boydan uzun ətəkli olan korsetlər geyinin, bu sizi daha cazibədar göstərəcək.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri