42 yaşlı ulduzun gözəllik sirləri

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 5 964
Səs ver:
(səs: 3)
Dünən Hollivudun məşhur aktrisası Qvinet Peltronun 42 yaşı tamam oldu. Vaxtilə çəkildiyi filmlər, yaşadığı eşq macəraları ilə gündəmdən düşməyən aktrisa 42 yaşında gənc qızlara məxsus görüntüsü ilə göz oxşayır və haqqında danışdırmağı bacarır. Bred Pitt, Ben Affleklə sevgilis olan aktrisanın hazırda iki uşağı var.
O, dəfələrlə "dünyanın ən gözəl qadını" titulunu alıb. Baxmayaraq ki, buna görə də dəfələrlə tənqid, qınaq obyekti olub. Lakin onun 42 yaşında gənc, gözəl və sağlam görünməsi mübahisə edilməzdir.
Aktrisa sağlamlıq və gözəllik sirlərini şəxsi bloqunda bölüşür. Demə, Qvinetin dərisinin belə gözəl, hamar və parlaq olmasının səbəbi bahalı kremlər deyilmiş. Akrtisa kontras duş sayəsində dərisinin cavan qaldığını söyləyir.
Üz dərisini isə buz kubları ilə masaj edən aktrisa bundan sonra nəmləndirici krem çəkir. Ümumiyyətlə, o, nəmləndirici kremdən çox istifadə edilməsinin tərəfdarıdır. Makiyajdan öncə isə buz kubları ilə sifəti 3-5 dəqiqə masaj etməyi tövsiyə edir. Onda dəri təbii və parlaq görünür.
Yeri gəlmişkən, gecə mərasimləri olmayanda aktrisa gündəlik həyatda dekorativ makiyajdan istifadə etmir.
Nəmləndirici kremlə yanaşı onun heç vaxt kosmetika çantasından əksik etmədiyi küncüt yağıdır. 39 yaşında bu yağla tanış olan aktrisa ondan hər gün istifadə etdiyini dilə gətirib.
Qvinet Peltrou gözəl bədən quruluşunu idmana və sağlam qidalanmaya borcludur.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri