Duzla hazırlanan möcüzəli gözəllik reseptləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 15 716
Səs ver:
(səs: 4)
Dərimiz dəniz suyu ilə eyni minerallara sahibdir. Ona görə də dəniz duzu dəri gözəlliyimizi qorumaq üçün ən yaxşı vasitədir. Dəniz duzu maqnezium, kalsium, sodium və kalium kimi minerallarla zəngindir.

Dəniz duzu ilə süfrə duzu arasında böyük fərq var. Dəniz duzunun tərkibindəki minerallar dəri sağlamlığı üçün çox önəmli rol oynayır və hüceyrələrin yenilənməsini sürətləndirirlər. Xüsusilə də həddən artıq soyuq və ya isti havalarda dərinin mineral balansı pozulur, quruluq, qabıq vermə, ləkələr və qızartı müşahidə olunur. Bu zaman dəriyə dəniz duzu ilə qulluq etmək mineral balansın təmin olunmasına, dərinin nəmlənməsinə və xarici təsirlərə qarşı dözümlü olmasına kömək edir. Dəniz duzu ilə hazırlanan ən yaxşı gözəllik reseptlərini toplayıb.

Nəmləndirici maska
Duz və bal dərini qüsursuz edir, sızanaq izlərini sağaldır. Üzdəki yağ miqdarını tənzimləyərək eyni zamanda üzün nəmlənməsini də təmin edir. Bu iki məhsulla hazırlanan maska gözəlliyinizə gözəllik qatacaq.

Hazırlanması:
İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin. Təmizlədiyiniz dərinizə göz ətrafı istisna olaraq üzünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.

Yağlanmağın qarşısını alan tonik
Duz məsamələri təmizləyir və yağ istehsalını tənzimləyir. Həmçinin  sızanaqa səbəb olan bakteriyaları öldürür.

Hazırlanması:
Bir çay qaşığı dəniz duzunu 100 qram isti suyun üzərinə töküb əriyənə qədər qarışdırın.

Təmiz dəriyə göz ətrafı bölgə istisna olmaqla çəkin. İstəsəniz bu suyu sprey şüşəsinə töküb üzünüzə fısqırda bilərsiniz. Bu proseduranı gün ərzində 2 dəfə tətbiq edin.


Yumuşaldıcı skrab
Duz ölü dəri hüceyrələrini təmizləyir. Tərkibində dərini yumuşaldan və nəm balansını təmin edən minerallar da var.

Hazırlanması:
Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın və içinə bir az hindqozu yağı əlavə edin. Hazırladığınız skrabı bütün bədəninizə dairəvi hərəkətlərlə tətbiq edin.
Daha sonra soyuq su ilə yuyunun.


Dərini yeniləyən skrab
Duz ölmüş dəri hüceyrələrini təmzilədiyi üçün dərinin yenilənməsini təmin edir. Bu skrabın tərkibindəki skrabda yer alan aloe vera dərini nəmləndirib, qan dövranının sürətlənməsiə səbəb olur.

Hazırlanması:
Yarım stəkan duzla onu yarısı qədər saf aloe vera suyunu (geli də olar) qarışdırın. Üzərinə bir yemək qaşığı qurudulmuş lavanda çiçəyi və 10 damcı lavanda yağı əlavə edin. Bu qarışımı hazırladığınız skrabı bütün bədəninizə çəkib 5 dəqiqə masaj edin və yuyunun. Qurulandıqdan sonra dərhal nəmləndirici kreminizi çəkin.


Kəpəyə qarşı maska
Duz sağlam saç dərisi üçün çox vacibdir. Çünki duz qan dövranını artıraraq kəpəyin yaranmasının qarşısını alır. Saç dərisini nəmləndirir və göbələyin yaranmasına mane olur.

Hazırlanması:
Bir-iki çay qaşığı duzu saç dərinizə səpin və barmaqlarınızı su ilə isladaraq saçınızı 10-15 dəqiqə masaj edin. Daha sonra saçınızı yuyun və kremləyin.


Təbii ağız qarqarası
Duz ağız qoxusuna və diş əti iltihabına səbəb olan bakteriyaları yox edir.

Hazırlanması:
Yarım çay qaşığı duz ilə  yarım çay qaşığı karbonatı qarışdırın. Daha sonra bu qarışımı suya töküb əriməsini gözləyin. Bu su ilə qarqara edin. Daha sonra ağzınızı duru su ilə yaxalayın.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 15 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri