Cazibədar ayaqların sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 717
Səs ver:
(səs: 0)
Sellülit hər zaman qadınların ən vacib problemlərindən biridir. Bu problemin həlli üçün xanımlar bütün vasitələrə əl atır, eşitdiyi, oxuduğu hər şeyi sınaqdan keçirir. Bu problemdən qurtulmağın ilk və ən əsas yolu sağlam həyat tərzi sürmək, gündəlik rasiona diqqət yetirmək, zərərli vasitələrdən uzaq olmaqdır. Bildiyiniz kimi sellülitin 3 mərhələsi vardır və bu mərhələləri müəyyən etmək elə də çətin deyil.

Əlinizin arasında sıxdığınız toxumada nahamarlıq varsa, dayanarkən hiss olunmursa, bu selülitin 1-ci mərhələsidir. Ayaq üstə dayanarkən toxumanı sıxmadan belə sellülit görünürsə, bu sellülitin 2-ci mərhələsidir. Bu mərhələdə sellülit uzanarkən görünmür. Həm dayanarkən, həm də uzanarkən baxdığımız zaman dəri toxumasında nahamarlıq gözlə görünürsə, bu sellülitin 3-cü mərhələsidir. Sellülitin mövcud olduğu mərhələni öyrəndikdən sonra onunla mübarizə aparmaq və onu aradan qaldırmaq daha asandır. Bunun üçün ən əsası gündəlik qidaya diqqət yetirmək, bol su içmək, səhərlər güclü, axşamlar isə daha zəif yeməklər yemək, siqaret, spirtli içki, kola, çay və qəhvə  kimi zərərli vasitələrdən uzaq olmaq lazımdır.

Bundan başqa, bədənə qulluq vasitələri sırasına sellülitlə mübarizə aparan və onu aradan qaldıran vasitələr-krem, skrab, losyonlara da yer ayırın. Bu dəriyə qulluq edərək onun nəm balansını tarazlaşdırır, edilən masaj hərəkətləri isə qan dövranını yaxşılaşdırır.

Sellülit əleyhinə vasitə alarkən onu tərkibinə diqqət yetirin. Məsələn, sellülit əleyhinə krem və ya gel dərinin ən dərin qatlarına təsir etməlidir, dəriyə tez nüfuz etməsi sayəsində onu daha hamar və elastik etməlidir. Bundan başqa,  sərinləşdirici effekti sayəsində qan dövranını stimullaşdırmalıdır.  Keyfiyyətli vasitələr dəriyə bir neçə saniyədə hopur və liftinq effekti yaradaraq dərini dərhal dartır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri