Yeni il gecəsi üçün gözəllik təklifləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 755
Səs ver:
(səs: 2)
Yeni olə indidən hazırlıq görməyə başlamısınız. Bunları etsəniz bayram axşamı hamının diqqəti sizdə olacaq. Unutmayın gözəllik və cazibə bir gündə əldə edilmir. Yeni ildə özünüzü hamıdan gözəl hiss etmək üçün indidən hazırlıqlara başlayın.

Yeni il axşamı xüsusi gecədir. Həmin gün çoxları gözəl gecə keçirmək üçün planlar qurur. Yeni ilə qədəm qoyan zaman hər bir qadın gözəl və diqqət çəkmək istəyir. Lakin bilməlisiniz ki, gözəllik bir gündə əldə edilmir. Bunun üçün indidən hazırlaşmaq lazımdır. Bütün gözlərin sizin üzərinizdə olmağını istəyirsinizsə, aşağıdakılara əməl edin.

Qidalanma: Bu gündən etibarən ağartı və başqa kalorili məhsulları qida rasionunuzdan çıxarın. Yeni ilə yeni vərdişlərlə girin ki, bayram üçün aldığınız ziyafət geyiminiz əyninizə olsun. Bunlar: un, şəkər, duz və yağdır.

Qısa müddət ərzində özünüzü rahat hiss edəcəksiniz. Süfrə duzundan da mümkün qədər az isitifadə etməyə çalışın.

Çoxlu su için: Su içmədiyiniz təqdirdə bədəninizin su – duz balansında pozulma meydana gəlir. Çoxlu su içmək həyatı önəm daşıyır, həm də qocalmanın qarşısını alır.

Hərəkət: Yeni ilə daha gözəl bədən quruluşu ilə girmək istəyirsinizsə, idmanla məşğul olun. Ya da hər gün bir az yürüş edə bilərsiniz. Bundan əlavə, rəqs bacarıqlarınızı da inkişaf etdirməkdə fayda var. Bunun üçün xüsusi rəqs etməyinizə heç bir gərək yoxdur. Evdə musiqi sədaları altında rəqs edə bilərsiniz. Unutmayın ki, rəqs etmək sadəcə arıqlamağa kömək etmir. Rəqs həm də insanı xoşbəxt edir.

Dəriyə qulluq:
Yeni il axşamı dərinizin parlaq olmasını istəyirsinizsə, indidən hər gün dəriyə qulluq edin. Yatmazdan əvvəl makiyajı silin və nəmlədnirici kremlər çəkin. Bu prosedura həm də dərinin yaşlanmasını gecikdirir. Bundan başqa, mütəmadi olaraq buxar vannası, pilinq və müxtəlif maskalar edin. Gözlərinizin altı üçün xüsusi maskalar edin.

Evdə etdiyiniz qulluqdan narazısınızsa, gözəllik salonuna gedə bilərsiniz. Yeni il axşamı salona getməzdən əvvəl vaxt təyin edin. Yeni il axşamı geyiminiz dekoltelidirsə, həmin nahiyələrə də qulluq etmək lazımdır. Bir çox kremlər çəkə bilərsiniz.

Soyuq suyun vacibliyi: Üzü soyuq su ilə yumaq onun canlanmasına təmin edir. Üzünüzdə olan yorğunluq ifadəsindən də soyuq su sayəsində qurtula bilərsiniz.

Saçlara qulluq: Saçlara hər zaman qulluq etmək lazımdır. Yeni il axşamı isə xüsusi qulluq göstərin. Sizə yaraşan saç düzümünü isə əvvəllcədən müəyyənləşdirin. Yeni il axşamı saçlarınızı kəsdirməyi düşünürsünüzsə, bunu 1 həftə əvvəl edin. Çünki bütün saç kəsimləri bir həftəyə ancaq oturur.

Qaşlarınıza fikir verin: Makiyaj etməyə ehtiyac qalmasını istəmirsinizsə, qaşlarınıza diqqət göstərməyiniz lazımdır. Qaşlar üzünüzün damı kimidir. Onların pozulması gözlərinizin, gözləriniz dərinizin və dodaqlarınızın görünüşünə təsir göstərər. Qaşlarınıza həmişə fikir verin.

Dırnaqlar: Salonda edəcəyiniz manikür və pedikür proseduralarını bir gün əvvəlcədən edin. Çünki beləcə vaxta qənaət etmiş olursunuz. Bayram günü təlaşa düşmürsünüz.

Yuxunuzdan güzəştə getməyin: Gözəllik sadəcə kosmetik məhsullar və makiyaj vasitəsi ilə yaranmır. Təbii gözəlliyin başlanğıcı sağlam həyat tərzidir. Kifayət qədər yatmaq çox vacibdir. Yorğunluq insanın üzünün sallanmasına, gözlərinin solğun görünməsinə səbəb olur. Buna görə də yuxunuza diqqət göstərin.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri