Ağzınız böyükdürsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 801
Səs ver:
(səs: 4)
Dodaqlarınızın xoş görünməsini istəyirsinizsə, kiçik hiylələrlə buna nail ola bilərsiniz.

Ağzınız böyükdürsə...
Böyük ağızları kiçik göstərmək üçün dodaq çevrəsini dodağın içindən çəkmək lazımdır. Açıq rəngdə çəkiləcək çevrənin içinin çərçivədən daha tünd rəngdə, ancaq yenə də açıq tonda boyayın.

Dodaqlarınız qalındırsa...
Qalın dodaqlara sərt və parlaq rənglər vurmayın. Dodaqların içindən çəkilən dodaq çevrəsi ilə dodaq boyası eyni rəngdə olmalıdır.

Dodaqlarınız incədirsə...
İncə dodaqların daha dolğun görünməsi üçün çevrənin dodaq cizgisinin bayırında çəkilməlidir. İki yana qədər uzadılan çevrə açıq tonda çəkilməli, dodaq isə tünd rəngdə boyanmalıdır.

Dodaqlarınız düzgün deyilsə...
Alt və üst dodaqların qalınlıqları bir-birinə uymursa, dəyişik iki ton istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün isə açıq ton seçin.

Alt dodağınız bayıra çox çıxırsa...
Alt dodağı boyarkən bir az kiçiltmək lazım olacaq. Bunun üçün ortasından başlayaraq dodaq cizgisinin bir az içindən dodaqların birləşdiyi yerə qədər boyayın.

Dodaq uclarınız aşağıya doğru sallanıbsa...
Dodaq qələmi ilə çəkilib düzəldilən bir dodaq şəkilinin ardından bu şəkilin bayırında qalan dodağın bölümlərinin dəri rənginə uyğun rəngdə tonal kremlə örtün.

Üst dodaq bayıra doğru çıxırsa...
Üst dodağın ortasını müəyyən edən V şəkilini dodaq cizgisinin bir az içindən çizərək dodaq qıvrımı olan yerə qədər qələmlə boyayın. Alt dodağı isə bir az dağınıq boyayın.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri