Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 3 896
Səs ver:
(səs: 4)
Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər. Yay aylarında günəş şüalarının təsiri daha intensiv olduğundan bu müddət daha da ziyanlı sayılır.

Məhz bu səbəbdən bir çoxlarımız yay aylarında günəş eynəklərindən intensiv istifadə edirik. Bu həkimlərin fikrinə görə mütləq sayılır. Bu məqalədə sizə, günəş eynəyini düzgün seçmək üçün bir neçə məsləhət verəcəyik:

1. Plastik yoxsa şüşə?
Yadda saxlayın ki, yüksək dərəcədə tündləşdirilmiş linzalar, heç də keyfiyyətli və qoruyucu demək deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər, nəinki xeyirsiz sayılır,onlar hətta gözlərə travma vura bilirlər. Səbəb odur ki, tünd şüşə arxasında göz bəbəyi genişlənir, nəticədə arasından daha çox işıq keçmiş olur.

Şüşə eynəklər, tam olmasa da ultraviolet şüaların qarşısını alır.

Polikarbonatdan hazırlanan plastik linzalar, yalnız A və B tipli ultrabənövşəyi şüaların qarşısını ala bilir.. Orqanik linzalar sınmırlar, lakin onların səthində cızıqların daha tez yaranması səbəbindən bu tip linzalarla daha ehtiyyatlı olmanız məsləhət görülür.

2. Əlavə vərəq tələb edin.(qoşma)
Keyfiyyətli gün eynəklərini optikalarda və yaxşı eynək mağazalarından almaq olar. Bu eynəklər əsasən markalanmış (nişanlanmış) olurlar və onların hər birinə əlavə kağız aid edilir. O kağızda eynəyin günəşdən qorunma səviyyəsi və onu hansı hallarad taxmanız göstərilir. Ümumilikdə 0-4 qədər müxtəlif qoruma dərəcəli 5 filter kateqoriyası vardır.

3. Polyarizasiya və fotoxrom.
Polyarizasiya linzalar gözləri günəşdən qoruyur və işığın əks təsirini keçirtmir. Həkimlər adətən belə eynəkləri göz əməliyyatı keçirən insnlara məsləhət görürülər . Xameleon eynəklərdə foroxrom linzalar istifadəsi isə tez -tez məkandan küçəyə çıxdıqda rahat sayılır.

4. Böyük yoxsa balaca?(ölçü)
Ölçüyə gəldikdə, ən düzgün seçim böyük ölçülü eynəklər sayılır. Bu model eynəklər nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyurlar. Günəş işığında tez-tez gözləri qıydığımıza görə gözətrafı zonada qırışların əmələ gəlməsi müşahidə olunur.

5. Linzanın rəngi.
Ən münasib linzalar - yaşıl, boz , qəhvəyi rəngdə və bu rənglərin çalarlarında olan linzalardır. Bu rənglər rəngləri az korlayır, şüalanmanı yaxşı özünə hopur və gözə müsbət təsir edir. Çəhrayı, qırmızı, narıncı və göy rəngli linzalar gözləri tez yorur.

Görmə qabiliyyəti və gözətrafı zonanın çox incə olduğunu nəzərə alaraq, gün eynəyi alarkən bir neçə rəngli, modelli,keyfiyyətisiz eynək almaqdansa çox vacib olan görmə qabiliyyətinizi qorumaq üçün 1, yalnız keyfiyyətli məhsul almağınız məsləhət görülür.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri