Dodaqlar üçün olan maskalar və massaj

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 491
Səs ver:
(səs: 2)
Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən də istifadə etmək olar.

- ½ çay qaşığı kəsmik və ya süzmə götürün, üzərinə 1 çay qaşığı yağlı qaymaq əlavə edin, qarışdırın və dodaqlarınıza sürtün.

15 dəqiqə keçdikdən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyin, üzərinə vazelin sürtün.

- 1 çay qaşığı xama bir neçə damcı limon şirəsi və bitki yağı ilə qatışdıraraq, dodaqlarınızın səthinə sürtün və 20 dəqiqə müddətində saxlayın.

- Çay ağacının yağı dodaq dərisinə qulluq edilməsi üçün çox yaxşı vasitədir. Dodaqlarda olan çatlara bu yağdan sürtə bilərsiniz. Dodaq dərisinə qulluq edilməsi üçün kiçik yaşıl çay paketindən də istifadə etmək olar. Bu çay paketini ilıq suda isladıb bir qədər sıxdıqdan sonra dodaq dərisinin zədələnmiş yerinə qoya bilərsiniz.

- 1 çay qaşığı kivini həmcins şəkil alanadək əzərək üzərinə 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Alınan qarışığı dodaqlarınıza sürtün və 10 dəqiqə saxlayın.

- Dodaqlarınıza bal sürtün və 20 dəqiqə saxlayın.

- Bir neçə damcı kök və xiyar şirəsini hər birindən bir qədər bal və xama ilə qarışdırıb təmizlənmiş dodaqlarınıza sürtün və 10-15 dəqiqə saxlayın.

- Meyvələrdən (alma, banan, ərik, yemiş, qarpız) hazırlanmış maskalar dodaqlara çox yaxşı qidalandırıcı, nəmləndirici və yumşaldıcı təsir göstərirlər. Meyvənin qabığını soyaraq onun kiçik bir hissəsini ən kiçik gözlü sürtgəcdən keçirin. Alınmış kütlədən az miqdarda (1 çay qaşığından artıq olmamaqla) götürüb onu ½ çay qaşığı yumşaq kərə yağı ilə qarışdıraraq dodaqlarınıza sürtün, 15 dəqiqə keçdikdən sonra silin.

Dodaqlar üçün ən yaxşı təravətləndirmə və tonuslaşdırma vasitələrindən biri - qızıl gül, çobanyastığı, dəmrovotu və adaçayı dəmləmələrindən hazırlanmış kosmetik buzun dodaqlara sürtülməsidir. Bu prosedura dodaqların qidalanmasını artırır, onların əzələ təbəqəsini möhkəmləndirir, dəri örtüklərini müxtəlif təsirlərə qarşı daha davamlı edir. Dodaqlarınızı hər gün 1-2 dəqiqədən artıq olmayaraq kosmetik buz parcası (kubu) ilə silin.

Dodaqlar üçün xüsusi masajın edilməsi, onlarda qan dövranının yaxşılaşmasına səbəb olaraq, dodaqlara daha çox təravətlik və möhkəmlik verir, onlarda çatların əmələ gəlməsinin qarşısını alır. Təzə yumşaq diş fırçasını qaynadılmış sərin suda (yaşıl çay, çobanyastığı, adaçayı və ya cökə ağacı çiçəyi dəmləməsi) isladaraq (və ya bala batıraraq) 2-3 dəqiqə müddətində, yüngül dairəvi hərəkətlərlə (mərkəzdən ağız bucaqlarına doğru) əvvəlcə üst dodağı, sonra isə alt dodağı masaj edin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri