GÖZ:
1.Gözlərinizin yorğunluğunu götürmək üçün göz qapaqlarınıza sürtgəcdən
keçirilmiş çiy kartofla maska edin (10-15 dəq.saxlayın).Əlavə olaraq,bu
maska qırışları açır,göz ətrafındaki incə dərini təravətləndirir.
2.Gözünüzün ətrafını pilinqlə təmizləməyin.Bu, onsuz da nazik olan göz ətrafı dərinizi bir az da nazikləşdirər.
3.Qaşınızın tükünü çıxaran zaman ağrı hiss etmımık üçün dərinizə
qidalandırıcı krem çəkin.Artığını pambıqla silin ki, pinset sürüşməsin.
ÜZ
4.Səhərlər üzünüzü bağayarpağının həlimindən hazırlanmış buz parçası
ilə silin.Bu, dərini canlandırır və xırda zədələri tez bir zamanda
sağaldır.
5.Pilinqi yalnız təmiz dəriyə çəkin,lakin toniklə deyil,isti su ilə təm izləyin.
6.Yaxşı olar ki, istənilən kremi üzünüzü yuduqdan 15 dəqiqə sonra
çəkəsiniz.Çünki krem nəm dəriyə çəkildikdə istilik yaradır, beləliklə
də, istiliyin tənzimlənməsi prosesini pozur.
7.25 yaşdan yuxarı bütün qadınlara "üz üçün çalışmalar” etmək daha
faydalıdır:5 dəqiqə ərzində barmaqlarınızın ucu ilə üzünüzün hər
tərəfini döyəcləyin.Bu, qan dövranını yaxşılaşdırır,dərinin tonusunu
möhkəmləndirir, qırışların əmələ gəlməsinin qarşısını alır.
8.Payız-qış mövsümündə üz üçün super maskalar:bal və zeytun yağı.Həm
qarışıq vəziyyətdə(1:1) , həm də ayrı-ayrılıqda mümkündür.10-15
dəqiqədən sonra balı sabunsuz isti su ilə yu maq, yağın qalıqlarını isə
isti su ilə pambıqla silmək lazımdır.
9.İstənilən maskadan əvvəl 10 dəqiqəlik buxar vannası qəbul
etsəniz,daha intensiv təs irini görərsiniz.Əgər dərinizdə kopillyarlar
genişlənibsə, vannanı isti kompreslə əvəz edin:qalın salfeti suda
isladıb sıxdıqdan sonra üzünüzə qoyun.
10.Yağlı və həssas dərini adaçayı,çobanyastığı,dəmdrovotu və ya pişikdili həlimi ilə silmək faydalıdır.
11.Üzün yağlı parıltısını aradan qaldırmaq üçün tərkibində spirt olan
vasitələrdən istifadə etmək olmaz. Bu, problemi aradan qaldırmır,
əksinə, dərinin üst qatını qurudur.
BOYUN
12.Buxağın və ya boyunda büküklərin əmələ gəlməsinin qarşısını almaq
üçün bu proseduranı edin: duzlu suda isladılmış dəsmalla(1 st. Suya 1
ç.q. duz) 3-5 dəqiqə ərzində boyun və buxağınızı döyəcləyin.
13.Təravətini itirmiş boyun dərisi üçün maska: yaxşı yetişmiş bananı
əzib boynunuza sürtün.10-15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
BƏDƏN
14.İsti vannaya 1 st. qaymaq və ya yağlı süd əlavə edin.Bu, quru dərini yamşaltmaq və təmizləmək üçün ən yaxşı vasitədir.
15.1 st. Təzə sıxılmış portağal şirəsi(sadəcə, vannaya tökmək lazımdır) dərini canlandırır,onu elastiki edir.
ƏLLƏR
16.Kobudlaşmış dirsəyi yumşaltmaq üçün 1 limonu iki yerə bölmək və
dirsəyi tarım limonun içerisində 15 dəqiqə saxlamaq lazımdır.
17.Əlin dərisi üçün qidalandırıcı maska: 1 yumurtanın sarısı, 1 x.q.
bal və 1 ç.q. yulaf ununu qarıçdırıb qalın qatla əlin üzərinə çəkib
pambıq əlcək geyinmək və bütün gecəni(və ya bir neçə saat) saxlamaq
lazımdır.
18.Hər dəfə yuduqdan sonra əllərinizə xüsusi məhlul çəkin.Bu məhlul
qliserin,çəhrayı su və naşatır spirtinin eyni miqdarda(10 damcı)
qarışığından ibarətdir.
AYAQLAR
19.Kobudlaşmış və ya çatlamış ayaqlar üçün maska: 1 orta ölçülü almanı
200 qr. Süddə qaynatdıqdan sonra əzib təmiz ayaqlara çəkin, 15-20
dəqiqədən sonra isti su ilə yuyun.
20.Qabar və ya döyənəyi adi limonla müalicə etmək mümkündür.Gecə bir
tikə limonu qabıqlı halda qabarın üstünə bağlayıb yatın.Səhər qabarı
asanlıqla çıxara biləcəksiniz.
21.Dizinizin dərisinin yumşaq və hamar olmasını istəyirsinizsə, həftədə
bir dəfə bədən üçün istənilən skrabla buynuzlaşmış qatı
təmizləyin.Sonra həmin yerə tərkibində arı mumu və ya E vitamini olan əl
kremi çəkin.
22.Əgər ayaqlarınız tez-tez tərləyirsə, üstündən həftədə 1-2 dəfə soyuq su axıdın.
Saçlar:
23.Saçlara cəlbedici çalar vermək üçün onları aşağıdakı vasitələrlə
yaxalamaq lazımdır:çobanyastığının tünd cövhəri açıq-şabalıdı saçları
qızılı-sarı,ravəndin cövhəri isə açıq-kül rəngə boyayır.
24.Kəpəyp qarşı xalq təbabəti: 2 x.q. soğan qabığını 0,5 l. Qaynar suya
əlavə edib 15 dəqiqə saxlayın.1 ay müddətində yuduqdan sonra
saçlarınızı bu cövhərlə yaxalayın.
25.Tez çirklənməməsi üçün kondisioneri yalnız saçlarınızın ucuna vurun.