Kiçik hiylələrlə ən azı 10 yaş gənc görsənə bilərsiniz

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 5 375
Səs ver:
(səs: 2)
Bir neçə makiyaj hiyləsiylə illərə meydan oxumaq mümkündür. Doğru makiyaj üsulu ilə olduğunuzdan daha gənc görünə bilərsiniz.

Gözəllik bölməsi gənc görünmək üçün vacib olan makiyaj hiylələrini təqdim edir:

1.Qaz ayaqlarını gizlədin
Göz ətrafındakı dəri üzün ən həssas yeridir. Dəri tipiniz yağlı olsa belə, göz ətrafı qurumağa meyilli olur.
Quruluq isə göz ətrafının qırışmasına, yəni qaz ayaqları dediyimiz cizgilərin meydana gəlməsinə səbəb olur. Xanımlar göz ətrafındakı qaz ayaqlarını çox vaxt tonal kremlə örtməyə çalışırlar. Ancaq bu ən pis makiyaj vərdişidir. Göz ətrafındakı qaz ayaqlarını gizlətmək üçün xüsusi korrektordan və pudradan istifadə etməlisiniz.

2. Dodaqlarınızı dolğunlaşdırın
Yaş irəlilədikcə dodaqlar incəlir. Dodaqlarınızı dolğunlaşdırmaq sizi daha gənc göstərəcək. Bunun üçün təbii rəng çalarlarında olan, dodaq rənginizdən çox fərqlənməyən dodaq boyalarına üstünlük verin. Çatlaq dodaqlar sizi yaşlı və baxımsız göstərir. Ona görə də daim çantanızda dodaq balzamı gəzdirin. Balzamı gündə ən az 4-5 dəfə çəkin.

3. Bığ bölgəsindəki qırışıqlıqları aradan qaldırın
Dodağın üstündə, yəni burunla dodağın arasındakı bölgədə qırışıqlar 30-40 yaşlı qadınlarda meydana gəlir. İnsanı yaşlı göstərən bu qırışıqlar siqaret aludəçilərində, sağlam qidalanmayanlarda daha çox müşahidə edilir.
Makiyaj edərkən bu qırışıqlıqları dəri tonunuzdan daha açıq rəngdəki korrektorla örtün. Korrektorun keyfiyyətli olması çox önəmlidir. Əks təqdirdə, bir müddət sonra yığılaraq üzünüzdə xoş olmayan görüntüyə səbəb ola bilər.

4. Tonal krem seçərkən diqqətli olun
Tonal krem seçərkən diqqətli olmalısınız. Dəri rənginizdən 1 ton açıq və mümkündürsə sarının çalarlarında olan tonal kremlərə üstünlük verin. Çünki sarı rəng dərini daha gənc görünməsini təmin edir. Toz halındakı məhsullar daha yaşlı görünməyinizə səbəb ola bilər. Ona görə də pudradan istifadə etməyiniz məsləhət deyil.

5. Ənliyi almacıq sümüklərinin üzərinə çəkin
Ənliyi üz quruluşunuzu nəzərə alaraq yanağın uyğun bölgəsinə çəkməlisiniz. Yaş çoxaldıqca qadınların üzləri aşağı doğru sallanır. Bu problemin öhdəsindən gəlmək və daha gənc görünmək üçün ənliyi almacıq sümüklərinizə çəkin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri