Ecazkar qadının sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 092
Səs ver:
(səs: 3)
Çəkici olmaq üçün nə dolğun dodaqlar, nə cəlbedici qiyafələr, nə də əzələli bir vücud gərəkdir. Çəkicilik xırdalıqlarda gizli olar. Gəlin, o xırdalıqlara nəzər salaq.

Ağ dişlər
Ağappaq dişlər və gözəl bir təbəssüm. Ağ dişli insanların saralmış dişlilərə görə daha çəkici görünməsi elmi olaraq sübut edilmiş bir həqiqətdir. Dişlərinizi vaxtında fırçalayaraq və lazımlı baxımı edərək ucuz yoldan daha çəkici bir görüntüyə sahib ola bilərsiniz.

Sizə yaraşanı seçin.
Hər üzə hər gözlük yaraşmadığı kimi hər saç modeli də yaraşmır. Üzünüzün genişliyi, uzunluğu, alnınızın genişliyi, baş şəkliniz hətta boyunuzun uzunluğuna qədər bir çox şey uyğun saç modelini tamamlamanızda böyük önəm daşıyır.

Dik durun
Dik durmaq özünəinamın ən bariz nümunəsidir. Dik durmaq çətin olsa da, buna alışmaq lazımdır. Dik durmaq sağlamlıq cəhətdən də önəmlidir. Bunu özünüzdə vərdiş halına gətirin.

Hündürdaban ayaqqabılar
Ayaqqabı təkcə bir aksesuar deyil, əslində şəklin tamamıdır.Yaxşı bir ayaqqabı ilə geyiminizi başdan yarada bilərsiniz. Hündürdaban ayaqqablar sizin cazibədar görünməyinizi təmin edə bilər

Ətir
Ətiriniz imzanız olsun. Araşdırmalara görə, insanlar ətirləri xatirələrinə görə seçə bilirlər. Ətrafınızda sizin ətriizi hiss edərkən gözəl anlar xatırlayıb xoşbəxt olan insanlar istəməzsinizmi?

Ağzınızdan iy gəlməsin.
Ağız qoxusunu önləməkdə ən az diş fırçalamaq qədər önəm daşıyan diş ipi istifadəsi diş çürüklərinin baş düşmənidir. Diş fırçası və qarqaranın etmədiklərini edən diş teli dişlər arasında qalmış yemək artıqlarını çıxara bilməyiniz üçün ən gözəl vasitedir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri