Yumşaq və hamar ayaqlar

Müəllif: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 2627
Paylaş:
Səs ver:
(səs: 4)
Dırnaq boyasını ləğv etmək üçün lazımi mayedən istifadə edin
Ayaqlarınızı isti su ilə müntəzəm yuyun, xüsusilə də barmaqların arasını. Masaj hərəkətləri ilə pəncələrə, barmaqların arasına və əsasən də kobudlaşmış yerlərə yumşaldıcı krem çəkin. Düzgün çəkilmiş krem dərini qidalandırır, qan dövranını yaxşılaşdırır və təravətləndirir. Qabıq verən kobudlaşmış dəri üçün bu prosedur lazım olduğu halda, yəni dabanlar arzuladığınız görkəm alana kimi hər gün təkrarlayın. Sonra bunu həftədə bir dəfə etsəniz də yetərlidir.
 Qidalandırıcı və yumşaldıcı kremlərdən yalnız pedikür vaxtı istifadə etmək lazım deyil. Ayaqların hər gün qayğıya ehtiyacı vardır. Yatmamışdan qabaq ayaqları yaxaladıqdan sonra krem çəkin və pambıq parçadan hazırlanmış corab geyinin. Səhər qalxanda ayaqlarınızın və xüsusilə də dabanlarınızın necə təravətli olduğunun şahidi olacaqsınız.
 
Baldırların dərisinin də qayğısına qalmağı unutmayın.
Bədənin bu hissəsində çox az piy vəziləri vardır ki, bu da dərinin tez-tez quruluğa məruz qalmasına səbəb olur. Əsasən də əgər idman və su prosedurları ilə məşğul olursunuzsa, bu, özünü daha qabarıq şəkildə biruzə verir. Əvvəlcə bədən üçün olan skrab vasitəsilə ölmüş hüceyrələr dəf edilir və sonra ayaq üçün olan yumşaldıcı qidalandıran vasitələr və krem çəkilir.

Ayaqlarınızı 15-20 dəqiqə istənilən vanna köpüyü əlavə olunmuş isti suya salın. Ayaqlar yaxalandıqdan sonra tam quruyana kimi silinir, dırnaqların ətrafındakı dəri hissəsinə dəri qabığını ləğv etmək üçün gel çəkilir. 2-3 dəqiqədən sonra həmin dəri qabığını kiçik çubuqla aralayın. Əgər bacarırsınızsa, onu naqqaş və ya qayçı ilə götürün.

Kiçik maşacıqların köməyi ilə dırnaqlara forma verin, dırnaqları cilalayın.

Bu qulluğu bitirmək üçün dırnaqlara qidalandırıcı vasitələr çəkin.   

Artıq dırnaqları istənilən boya ilə boyamaq olar. Əgər ayaqlarınız yorulursa, gün ərzində yorğun ayaqlar üçün nəzərdə tutulmuş və hətta uzunboğaz corabların üstündən belə çəkilə bilən spreylərdən isifadə etmək olar.

loading...
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 2627
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nezka
Mənə lazım deyil
4 may 2015 21:41
12
İçimi görsən mənə aptek alarsan.
Offline
Tomris Müslümova
ayaq ucun krem vururam men ama bele problem yoxdu
4 may 2015 18:44
11

Sən sadəcə mənimsən...!
Offline
Catwoman666
casib xeberin basligini yumsaq ve hamar ayaqqabilar kimi oxuyuram122
ayaqlara qulluq cooox azdir. ona gore de qeyd olunan meslehetlere emel olunmalidir
2 may 2015 21:50
10
Viking
Offline
vipbetul
heleki bunlara ehtiyac gormurem
2 may 2015 17:15
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Faydalı məsləhətlərdi,hər bir qadın əlinə olduğu kimi ayağına da xüsusi diqqət yetirməlidir,ən azında nəmlindirici ilə də kifayətlənə bilər))
2 may 2015 15:20
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
lelos
Faydali meslehetlerdi tesekkurler
2 may 2015 14:44
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
emis
Derim yağlı olduğu üçün ayaqlarıma nemlendirici birşey etmirəm nə vaxt qurusa onda edərəm. .əllərə etdiyimiz kimi ayaqlara da qulluq etməliyik. Təşəkkür edirəm.
2 may 2015 14:38
6
Offline
GünƏşimƏ_AiD_
Men her dusdan sora Zeytun yagi cekirem..ayaq parildiyir ve hamar olur.hemde sepki olmur
2 may 2015 14:27
5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
BARBI
Ayaqlarim her gece krem vururam ve corab geyinirem. Xususi maskalardan istifade edirem
2 may 2015 14:25
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Aydan Habili
He maraqli məlumatdır nəzərə alarıq
2 may 2015 14:13
3
Offline
Nur k-off
bele bir problemim yoxdur amma narinci reng olur arada bir duzu cox vaxt
2 may 2015 13:49
2
SVETA
Offline
Fialka
Əllərlə yanaşı ayaqlara da diqqət göstərmək lazımdır)) yaxşı görünməsi üçün isə duşdan sonra badam yağı çox gözəl yumşaldıcı təsirə malikdi, birdə bədən üçün olan lasyonlar)) ,qeyd olunan məsləhətlərdə faydalıdır təşəkkür)).
2 may 2015 13:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv