Daha gözəl ol...

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 2 944
Səs ver:
(səs: 6)
Saçlarınıza qulluq edin Əlinizə tətbiq etdiyiniz nəmləndiricidən biraz saçlarınıza da çəksəniz, tellərin elektriklənməsinin qarşısını alacaqsınız. Nəmləndiricini saçlarınızı yuduğunuz vaxt tətbiq etsəniz qurulandıqdan sonra daha parlaq və canlı olacaqdır.

Saçlarınızın yağlanmasına icazə verməyin Saçlarınızı şampunlayarkən darayacaqsınızsa bunu çox yumuşaq şəkildə etməlisiniz. Həmçinin, istifadə etdiyiniz kremi saçınızın ortasından başlayaraq uclarına doğru tətbiq edin.

Kəpək probleminə son Şampununuza bir miqdar alma suyu qata bilərsiniz. Lakin bunu edəndən sonra saçlarınızı fenlə qurutmayın, öz özünə qurumasını gözləyin.

Özünüzü yaxşı hiss etmək üçün duş almağı düşünürsünüzsə… Duş aldıqdan sonra 38 dərəcəlik suya 1.8 litr saki (yapon içkisi) və bir ovuc dəniz suyu ataraq ölü hüceyrələrinizdən qurtula bilərsiniz.

Kirpiklərin görünüşü Əgər çəkdiyiniz maskara kirpiklərinizi istədiyiniz kimi böyütmürsə maskaranı kirpik uclarına çəkməyin.

Gözlərdəki şişlik Səhərlər oyandıqda gözləriniz qızarıb və şişibsə yatdığınız otağı havalandırın. Daha sonra rahatlandıran losyona batırdığınız pambığı gözlərinizin üstündə ən az 10 dəqiqə gözlədin.

Asetondan istifadə Asetonu birbaşa dırnağa sürtmək dırnaq üçün təhlükəlidir. Dırnaq boyasını çıxarmaq üçün pambığı bir neçə saniyə dırnağın üstündə gözlətdikdən sonra tək hərəkətlə dırnaq boyasını çıxara bilərsiniz.

Günə enerjili oyanmaq Səhərlər yorğun oyanırsınızsa bədəninizi toksinlərdən təmizləmək üçün bir stəkan limonlu ilıq su içəbilər, dərinizə də mədən suyu ilə masaj tətbiq edərək canlanmış olarsınız.

Göz makiyajı təmizliyi Göz makiyajını təmizlərkən göz qapağı və çevrəsini ovuşdurmayın. Bunun üçün istifadə etdiyiniz təmizləndiricini göz qapağınıza sürdükdən sonra bir parça pambıqla göz ucundan çölə doğru hərəkət etdirin.

Qırılmayan dırnaqlar Dırnaqlarınızın daha sərt olmasını istəyirsinizsə ilıq suyun içinə zeytun yağı və limon suyu əlavə edərək əllərinizi bir müddət içində gözlədin. Dırnaqlarınız daha sərt olacaqdır.

Tendən istifadə

Əgər teniniz göz qapaqlarınızın üzərində yığılırsa, qətiyən yağ bazlı tenlərdən istifadə etməyin. Qatı rəng pigmentləri olan pudra tenlərdən istifadə edin.

Buzlu dodaq qələmi Əgər dodaq qələmindən istifadə edirsinizsə sizə önəmli bir məsləhət; qələmdən istifadə etməzdən öncə soyuduca saxlayın. Bu daha effektiv görüntü əldə etməyinizə səbəb olacaqdır.

Diş sağlamlığı Diş ətlərinizi qüvvətləndirmək üçün kiçik duz parçalarını diş fırçasının üzərinə qoyun. Daha sonra da diş ətlrəinizə qədər dişlərinizi fırçalayın.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 2 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri