Qalın qaşlara sahib olmaq üçün məsləhətlər

Müəllif: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 8 976
Səs ver:
(səs: 1)
Qalın qaşlar üçün mükəmməl formullar
Hər bir gənc qadın qalın qaşlara sahib olmaq istəyir. Çünki üz gözəlliyinin həlledici amillərindən olan qaşlarımız üz ifadəsi və baxışların təsiri baxımından çox əhəmiyyətli bir yerdədir.

Vazelin
Qaşlar üçün çox təsirli bir maddədir, vazelin. Gündə 2 dəfə qaşlara tətbiq etdiyiniz halda fərqi görəcəksiniz.
 
Soğan
Bu təbii möcüzə tərəvəz, gündəlik həyatda hər bir sahədə tətbiq olunan,yüzlərlə faydası olan bir xilaskar rolundadır. Soğanı yaxşıca əzəndən sonra çıxan suyunu bir pambıqla qaşlarınıza gündə bir dəfə sürtərək tətbiq edin. Tərkibində ki, kükürd sayəsində qaş sürətləndirici, hormonları işlətməsi üçün olduqca faydalı bir reseptdir..
 
Hind qozu yağı
Gündə 2 dəfə, yenə bir pambıq köməyi ilə tətbiq etsəniz olduqca uğurlu nəticələr görəcəksiniz.
 
Mixək
Gəldik ən təsirli və ən son formulumuza.
Yəni, qalın qaşlara sahib olmağın ən qısa və ən təsirli üsulu, mixək maskasıdır. Mixəyi bir tavada ya başqa bir qabda yaxşıca qovurmaq lazımdır. Mixək  yandıqdan sonra üyüdülməlidir. Üyütmə əməliyyatından sonra toz halına gəlmiş mixəyi, bir qulaq çöpünün  köməyilə qaşlarınıza sürtün.
Əgər sarışınsınızsa bu maska sizə görə deyil. Çünki,mixək qovrulduqdan sonra  qara rəngə çalır.Beləliklə,qaşınızın rəngi tündləşə bilər.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri