Dəb dilindən anlamayanlar üçün terminlərin mənaları

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 6 193
Səs ver:
(səs: 5)
Dəbdə olan terminlərin əksəriyyəti fransız dilindədir. Burada təəccüblü heç nə yoxdur. Çünki  məlum olduğu kimi Paris dünyanın dəb  paytaxtı olub və həmişə də olacaq. Alış-verişdə, jurnalda ya da bloqlarda görüb, başa düşmədiyiniz sözləri bu yazıda yığıb dəb lüğəti yaratmışıq. Ümid edirik ki, bu yazı bir çoxlarının leksikonundakı boşluqları doldura biləcək.

Moda: "Dəb” sözü, yəni "moda” latınca "modos” sözündən olub hərfən ölçü, vasitə, qayda, göstəriş, obraz kimi tərcümə olunur. Dəb müəyyən zamanda və müəyyən mühitlə bu və ya digər zövqlərin hökmranlığı və həmin zövqlərin olduqca tez-tez dəyişməsi kimi başa düşülür.

Pret-a-porte: Sənaye istehsalına yönəlmiş və kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş müasir kostyumun inkişaf istiqaməti "pret-a-porte” adlanır. Fransızcadan tərcümədə "hazır paltar” deməkdir. "Pret-a-porte” ildə iki dəfə Parisdə nümayiş edilərək müasir dəbi müəyyənləşdirir.

Atelier: Atelye dizaynerlərin öz kolleksiyasını yaratdığı yerdir.

Couturier: Yüksək moda kolleksiyalarını yaradan dizaynerə kuturye deyilir. Yeri gəlmişkən, bu məğrur ad hər dizaynerə aid edilmir. Bu adı yalnız Yüksək Moda Sindikatına qəbul olunmuş  modelyer daşıya bilər. Bunun üçün 100 illərdir ki, qoyulmuş tələbləri yerinə yetirmək lazımdır.

Outlet: Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə almaq olur. "Outlet” ingilis sözü olub "çölə çıxılacaq yer, çıxış yeri" mənasını verir.  "Outlet” mağazalarında təklif olunan məhsullar mağazanın siyasətinə görə fərqli ola bilər. Məsələn, əvvəlki mövsümün məhsulları, vitrində istifadə olunmuş məhsullar, deffekt məhsullar, geri göndərilmiş məhsullar mağazaların siyasətinə görə "Outlet”lərdə yer ala bilər.

Must-have: Təqdim olunmuş kolleksiyanın geyimləri arasında əsl hitə çevrilmiş fasonlara deyilir. Bu fasonlar illərlə dəbdən düşmədiyi üçün hər bir xanımın qarderobunda mütləq yer almalıdır.  Modapərəst qızlar onları qoruyur və illərlə geyinə bilirlər.

Fashionista: Modapərəst deməkdir.  Əsl modapərəstlər dəblə bağlı və cari kolleksiyalar barədə hər şeyi bilir.

Ombre: Ombre tünd çalarlardan açıq çalarlara keçid deməkdir.  

Trençkot: Beli qalın dəri kəmərlə ya da öz qurşağıyla möhkəm bağlanan, manjetli, əsasən bej tonlarda plaş deməkdir. Trençkot içi astarlı, su keçirməyən, yağışlı havada geyinmək üçün nəzərdə tutulan plaş modelidir.

Kardiqan: Yaxalıqsız qalın materialdan tikilən jaketlərdir. İstənilən uzunluqda ola bilər. Kardiqan 18-ci əsrdə İngiltərədə hazırlanıb. Kardiqan ilk dəfə kişilər üçün nəzərdə tutulsa da, sonradan qadın qarderobuna da daxil olub. Kardiqanı digər jaketlərdən fərqləndirən cəhət sonacan tikilən düymələrinin olmasıdır.

Dekolte: Geyimin çiyin və sinə hissəsinin açıq forması.

Manto: Sərbəst biçimli, bədənə tam yapışmayan qış üst geyimidir.

Şleyf: Mərasim geyimlərində arxa hissənin yerə toxunacaq qədər uzun forması deməkdir.

Stiletto: Çox yüksək və incə dabanlı ayaqqabıya deyilir. Hər paltarı olduğundan qəşəng, ayaqları vizual olaraq xeyli uzun göstərən bu seksual ayaqqabılar hər qadının qarderoblarda mütləq olmalıdır.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 6 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri