Dərini gözəlləşdirməyin 5 üsulu

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 4 364
Səs ver:
(səs: 3)
Gözəlləşmək üçün yaş meyarı əhəmiyyətli deyil. Hətta çox erkən yaşlarda da xanımlar təbii materiallardan istifadə etməklə dərinin qeydinə qalmalıdır.  Üz, əllər, ayaqlar və bütün orqanizmi gənc saxlamağın ən təsirli yolları təbii bitkilərdən əldə edilən maskalardır. Təbiətdəki bitkilərin tərkibi dərinin öz istehsal etdiyi bir çox lazımlı təbii maddələrlə zəngindir. Odur ki, bahalı kremlərə pul xərcləməkdənsə, bitkilərin gücündən istifadə edin.

Qırış əleyhinə  şi yağı
Gözəlliyi qorumaq bir qədər səbir və diqqət tələb edir.  Təbii bitki yağları sayəsində sizi narahat edən problemlərdən qurtula və qüsursuz dəriyə sahib ola bilərsiniz.
Gözəllik sənayesi üçün misilsiz təbii yağlardan biri də şi yağıdır. Bu yağ Afrikanın bəzi bölgələrində vəhşi təbiətdə öz-özünə yetişən bunda ağaclarının meyvəsindən əldə edilir. Dərini soyuqdan və ya günəşdən, ümumiyyətlə, xarici faktorlardan qoruyur, yaranan nazik qırışları aradan qaldırır. Mütəmadi olaraq istifadə etdikdən sonra dəri ipək kimi yumşalır və hamar olur.
Bundan başqa, quru və həssas saçlara ehtiyacı olduğu nəmi verir, kəpəyin qarşısını alır, parlaqlaşdırır.
Şi yağını gecə yatmazdan əvvəl bütün üzə, boyuna və göz ətrafına sürtüb yatın. Saç üçün istifadəsi sadədir: baş dərisinə masajla yedidərək sürtün və 20 dəqiqə gözləyin. Sonra şampunla yaxşıca yumalısınız. Şea yağı quru dərilər üçün uyğundur, yağlı saç dərisinə sahib olanlar istifadə etməməlidir.

Nar qabığı və nar yağı
Nar qırışları aradan qaldırmaq və dərini hamarlaşdırmaq üçün mükəmməl vasitədir. Nar çəyirdəyinin yağı dərini gəncləşdirmək gücünə malikdir. Bu yağ dəriyə parlaqlıq verən zərdab kimidir.
Narın qabıqlarından da gözəllik maskası kimi istifadə edə bilərsiniz. Kiçik bir qazanda nar qabığını tündləşənə qədər qaynadın. Soyuyandan sonra isə sprey kimi istifadə edə biləcəyiniz bir şüşə butulkaya tökün. Şüşəni soyuducuda saxlayın. Axşamlar üzünüzə bu mayedən çəkin. 2-3 dəqiqə gözlədikdən sonra pambıqla yaxşıca silib təkrar çəkin. 20 dəqiqə sonra dərinizi yuyun və qurulayın, daha sonra nar çəyirdəyi yağı çəkib yatın. Üç həftə hər axşam bu maskanı çəksəniz, çox gözəl nəticələr əldə edərsiniz.
Ayaqlara qulluq üçün gil, nanə və rozmarin: Ayaqlarınız yerləşəcək qədər bir qaba 4 xörək qaşığı qəhvəyi gil və isti su əlavə edin. Gili sıyıq halına gətirin. İçinə 4 damcı nanə yağı, 3 damcı rozmarin yağı əlavə edin. Ayaqlarınızı həmin suya salın, 10 dəqiqə gözləyin və yuyun. Bu üsul dabanda yaranan çatları müalicə edir.
Ayaqlar üçün təklif edilən bir başqa üsul isə baldır. 2 yemək qaşığı çobanyastığını bir dəm çaynikində qaynadın. Su soyuduqdan sonra bir ləyənə tökün. İçinə 1 yemək qaşığı bal və bir qədər su əlavə edin. Ayaqlarınızı 15-20 dəqiqə həmin suda saxlayın. Ayaq dəriniz qurudursa, içinə bir neçə damcı limon və ya portağal yağı əlavə edin.

Quru əncir möcüzəsi
3 ədəd quru ənciri blendrdan keçirib üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq suyla yaxşıca yaxalayın. Üzünüzə nəmləndirici maska çəkin. Əncir maskası dəri məsamələrini yaxşıca açır, dəriyə nüfuz etmiş çirkləri təmizləyir. Ən önəmlisi isə əncir qurusunun tərkibində dəri cavanlaşdırıcı fermentlərin olmasıdır.

Dərini dartan maska
Bu maska qırışa meyilli quru dərilərə tətbiq olunmalıdır. Dərini dartan, liftinq effekti verən maskanı hazırlamaq üçün yarım alma, bir qaşıq quru üzüm, 1 qaşıq qaynadılmış mərci, bir qaşıq qaynadılmış paxla, qaynadılmış yarım yerkökü, yarım stəkan süd, bir xörək qaşığı gülab lazımdır. Bütün ərzaqları blenderdən keçirin və üzünüzə çəkin. Əldə edilən maskanı bir qaba tökün. İçinə 3-4 damcı saf zeytun yağı əlavə edin. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın və sonra nəmləndirici krem sürtün.
Maska dәrhal liftinq effekti verir, dәrini dartır vә hamarladır, maddәlәr mübadilәsini aktivlәşdirir, üz rәngini nәzәrә çarpacaq dәrәcәdә yaxşılaşdırır. Bir neçә həftədən sonra  qırışların azalmasına özünüz də tәәccüblәnәcәksiniz. Yorğun dәri daha tәravәtli vә parlaq görünәcәk. Maska həftədə 2 dəfə edilməlidir.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri