Keyt Middletonun gözəllik sirri

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 257
Səs ver:
(səs: 1)
"The Daily Mail”in yazdığına görə, Kembric hersoginyası Keyt Middleton hər il gözəlliyinə 19 min funt sterlinq xərcləyir. Lakin buraya ağır günün sonunda edilən SPA-prosedurları, pedikür, avtozaqar prosedurları və qaşların korreksiyası daxil deyil. Bu, əlbəttə ki, Böyük Britaniya xəzinəsinə ciddi zərbədir...

Amma Britaniya əhli onu hədsiz dərəcədə sevdiyi üçün bunu hersoginyaya bağışlayırlar. Hər halda, o, ölkənin birinci şəxslərindən hesab olunur. Lakin hersoginya bahalı brend xəstəsi deyil. Məsələn, paparasilər onu bu yaxınlarda "Nivea” kremi alarkən yaxalayıb.

Saçlara qulluq
Keytin saç düzümü həmişə qüsursuz görünür.  Qalın və parıltılı saçı ona anasından keçib. Britaniya mətbuatının yazdığı xəbərlərə görə, Keyt ona anasından miras qalan qalın saçının baxımına hər il 14 min funt sterlinq pul xərcləyir. O, Britaniyanın ən məşhur "Richard Ward Hair and Metrospa” gözəllik salonuna gedir. Hər 2 aydan bir saçını təbii tərkibli boyalarla rənglədir. Üstəlik, müntəzəm olaraq saçına fen çəkdirir. Keratinli saçına, adətən, həftədə üç dəfə maska qoyur.

Deyirdilər ki, Kembric hersoginyasının dəbdəbəli qalın saçının sirri taxma saçdadır. Hətta xeyriyyə gecələrinin birində fotoqraflar Keytin süni saç qaynağından istifadə etdiyini çəkə bilmişdilər. Jurnalistlər Keytin sirrinin üstünü açdığını düşünürdülər. Lakin kral ailəsi hay-küylü hadisədən yorulmuş, bununla bağlı gözlənilmədən rəsmi bəyanat yaymışdı. Bəyanatda  deyilirdi ki, şahzadə Uilyamın həyat yoldaşının başının sol tərəfində təxminən 7 sm uzunluğunda uşaqlığından yadigar qalan əməliyyat izi – çapıq var. Keytin saç ustası xüsusi üsulla həmin çapığı gizlədir.

Dəriyə qulluq
"Lancome”-dan olan "Hydra Zen” kremi Keyt Middletonun sevimli gündəlik baxım kremidir. Hersoginyanın gözəllik vasitələrinə İsveçrə markası "Karin Herzog” kremləri də daxildir. Hersoginya otuzu haqladıqdan sonra onun kosmetoloqu Debora Mitçell Keytin dərisinə qulluq üçün xüsusi proqram hazırlayıb. Bura, xüsusilə, 2 ayda bir dəfə edilən qlikolik pilinq, mimik qırışları azaldan bal maskaları daxildir. Yeri gəlmişkən, deyilənə görə, hamiləliyi ilə əlaqədar olaraq Keyt gözəllik proqramlarına fasilə vermişdi.

Makiyaj
Nizamnaməyə əsasən, kral sarayının hersoginyası parlaq makiyaj edə bilməz. Hətta Keyt toy günü gözlərinə kirpik taxdığı və çox tuş çəkdiyi üçün sərt tənqidlə qarşılaşmışdı. İndi isə Keyt boz-qəhvəyi tuşla kifayətlənməyə üstünlük verir. Məlumatlı mənbələr bildirirlər ki, makiyajını o, özü edir. Hərçənd buna inanmaq çətindir. Makiyajını kimin etdiyindən asılı olmayaraq, dəqiq məlumdur ki, Keyt  "Bobbi Brown” markasının böyük pərəstişkarıdır. "Lancome” və "YSL” kimi kosmetika şirkətləri də onun sevimli markalarıdır.

Bəyaz təbəssüm
Keytin gözəlliyinin bir sirri də daimi təbəssümündədir. Belə ki, kral ailəsinin üzvləri ictimaiyyət qarşısında görünürsə, önün üzərinə düşən icbari öhdəliklərdən biri də daim gülümsəməsidir. Keytin təbəssümü bu mənada heç də Hollivud ulduzlarından fərqlənmir.
O, uşaqlıqda qabaq dişlərinin arasındakı məsafəni azaltmaq üçün breket taxıb. İndi isə hersoginya ildə cəmi bir dəfə diş həkiminə baş çəkir. Nəticədə gözqamaşdırıcı ağ dişləri valehedici görünür.

Ətirlər
Ərə gedənə qədər Keyt Middleton "Jo Malone” ətirlərini çox sevirdi. Amma kral ailəsinə gəlin gələdən sonra öz seçimlərini dəyişib. Keytin qayınanası ona "Illuminum” brendini məsləhət görüb. Və itaətkar gəlin öz ətriyyat meyillərini dəyişib. Xatırladaq ki, sözügedən brendin "White Gardenia Petals” ətri  Birləşmiş Krallıqda ən çox satılan ətirlərdən biridir.

Sağlamlıq
Bu yaxınlarda ikinci dəfə ana olan Keyt Middleton meyvələri blenderdən keçirərək içməyə üstünlük verir.
Xüsusən də böyürtkən və çiyələk kimi meyvələri yeməyin daha çətin olduğunu söyləyir və onları əzilmiş formada yeyir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri