Bədən quruluşunun cəlbedici olması üçün nə yeməli?

Müəllif: emis
Şərhlər: 16
Baxılıb: 2021
Paylaş:
Səs ver:
(səs: 2)
Diyetoloqlar arıqlamaq və sellülitdən xilas olmaq istəyən xanımlara yay aylarında aşağıdakı qidaları tövsiyə edirlər.

Məhz bu ərzaqlar sayəsində gözəl dəriyə, sellülitsiz ayaqlara parlaq saçlara sahib ola bilərsiniz. Bədən quruluşunun cəlbedici olması üçün mütəxəssislərin yay aylarında tövsiyə etdiyi qidaların siyahısını təqdim edirik:

Qatıq: Qarın yağlarını əritmək üçün möcüzəli qidadır. Gündə 3 kasa qatıq yemək bədənin kalsium ehtiyacını qarşılayır. Pis xolesterinin düşməni, yaxşı xolesterinin dostu olan qatıq ürək və damar sağlamlığının qorunmasında da təsirlidir.

Paxla: Vitamin və zülal baxımından zəngin olan təzə paxla insan orqanizmi üçün olduqca faydalıdır. Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır. Böyrək ağrılarını yüngülləşdirir, böyrəkdəki qumların və daşların tökülməsinə kömək olur. Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxla toxluq hissi sayəsində artıq çəki almağa qoymur.

Kərəviz: Artıq çəkidən əziyyət çəkənlər üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayıla bilər. Arıqlamaq istəyənlər müntəzəm olaraq qidalanma zamanı kərəvizdən istifadə etsələr, daha tez müsbət nəticə əldə edə bilərlər.

İstridiyə (dəniz ilbizi): Bu dəniz məhsulu sinklə zəngindir. Sink təsirli antioksidant olub saçları möhkəmləndirməyə kömək edir. Eyni zamanda arıqlamaq üçün effektli qidadır.

Gül kələmi: Kələmin ucuz olmasına baxmayın. O, bahalı meyvələrdən daha faydalı və effektlidir. Gül kələm həzm sistemini yaxşılaşdırdığı üçün ona "mədənin dostu” da deyilir. Gül kələm həm də maddələr mübadiləsini yaxşılaşdırır, immun və ürək-damar sisteminin işini normallaşdırır, əsəbləri möhkəmləndirir.

Qırmızı istiot: Qırmızı bibər pəhriz saxlayanların ləzzətli yoldaşıdır. Çünki qırmızı bibər maddələr mübadiləsini gücləndirir, toxluq hissini artırır və yağları yandırmaqda zəmin rolunu oynayır. Xüsusən də qarındakı piyləri asanlıqla əritmək olmur. Qırmızı bibər isə bu işin öhdəsindən yaxşı gəlir. Bibər nə qədər acı olsa, o qədər yaxşıdır. Məsələn bibərdəki "Capsaicin" adlı kimyəvi komponent maddələr mübadiləsini sürətləndirir, yeməyi daha ləzzətli və doyumlu edir. Bu isə daha az kalori istehlak etmək deməkdir.

Yerkökü: Vitamin və minerallarla zəngin olan yerkökü orqanizmin mineral maddələrə olan sutkalıq tələbatını ödəyir. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri toksinlərdən təmizləyir. Onun tərkibində olan beta-karotin immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Bu tərəvəz bədəndəki ziyanlı xolesterinin səviyyəsini aşağı salır.

Alabalıq: Tərkibindəki omeqa-3 yağı ilə saysız-hesabsız faydası olan alabalıq infarkt riskini azaldır, immun sistemini gücləndirir. Alabalıq eyni zamanda aşağı xolesterin və doymuş yağ ehtiva edən mükəmməl zülal qaynağıdır.

Su: Pəhriz saxlamasınız da, ideal bədən quruluşuna sahib olmaq, dərinin parıltılı və cavan olmasını istəyirsinizsə, suyu menyudan çıxartmayın. Acanda həddindən artıq yeməyin, su için. Su aclıq hissini öldürərək artıq çəki almağa qoymur. Gündə 8 stəkan su için.

loading...
(səs: 2)
Şərhlər: 16
Baxılıb: 2021
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
men qaTiqdan da sudan da hem istifade edirem hemde cox faydasi var.
5 iyul 2015 12:13
16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
eıiyeva gülmaye
Mene lazim deyil ama sudan çox istifade edirem
26 iyun 2015 09:16
15
Offline
EsmaNur
tesekkür
25 iyun 2015 22:21
14
Offline
NERGIZ LOVE
En cox su qatiqi yerkokunu sevirem
25 iyun 2015 20:39
13
SENI EBEDI QELBIME YAZDIM///
Offline
yaz_yamuru
twk faydali xeberdi..))
25 iyun 2015 20:13
12
Offline
ALESSANDRA
bədən quruluşum çooox celbedicidi
mektebdede qızlar terifliyirdi 09
25 iyun 2015 19:29
11
Don't trust anyone ∆
Offline
Catwoman666
menim beden qurulusum sssuperrrdir, hetta beden fiquram ceyirtke modellerin fiqurasi ile reqabete girecek qeder gozeldir08 ten rengim ve beden fiquram daha celbedicidi 09
25 iyun 2015 18:40
10
Viking
Offline
qanadli melek
Qatiq cox yeyirem beden qurluwum ucun yox sevdiyim ucun
25 iyun 2015 18:38
9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Tomris Müslümova
Bədən qurluşum kifayət qədər cəlbedicidi hətta bunun üçün don geyinməyə qoymullar,ama çox faydalıdır
25 iyun 2015 17:02
8

Sən sadəcə mənimsən...!
Offline
vipbetul
bunlardan yalniz su icirem,beden qurulushumla baqli probemim yoxdu sukur
25 iyun 2015 15:41
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Bezilerini qatıq ve paxlalı bitgiler yeyirem,ancaq arıqlamaq kökelmek üçün yox,çekimden beden formamdan razıyam,teşekkür.
25 iyun 2015 15:41
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Happy
Beden qurulushumdan narazi deyilem amma bunlar sadece diet saxlayanlar uchun yox adi heyat terzi kimi sufremizde olmalidi.
25 iyun 2015 15:14
5
Offline
aliceWOnDer
Mende bir az gobek problemi ver. Meni yaman cox isteyir ele cekmir..))
25 iyun 2015 14:26
4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Beden qurulusumnnan raziyam. Fon seklimdeki kimi ezeleli beden sevmirem
25 iyun 2015 13:50
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
teri meri
təşəkkür ama ehtiyacım yoxdu su və qatığın faydalarından xəbərim var idi
25 iyun 2015 13:47
2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
yarpaq33
Fonda wekli olan qizin gunune duwmek istemezdim twk faydali xeberdi
25 iyun 2015 13:25
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv