Günəşdən qoruyan kosmetik vasitələr- SPF!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 988
Səs ver:
(səs: 1)
Artıq yay fəsli bizimlədir və bu o deməkdir ki, gözəlliyimizin qeydinə qalmağın və dərimizi qorumağın əsl vaxtıdır. Bunun üçün SPF məhsullarından istifadə etmək vacibdir. Hər kəs bilir ki SPF-dən bütün il boyu, xüsusilə də yay mövsümündə istifadə etmək vacibdir. Lakin bir çoxları SPF-in hansı səbəbdən istifadə olunduğunu hətta onun nə demək olduğunu başa düşmür.

Bəs görəsən SPF nədir? SPF akronimininin açıqlaması Günəş Əleyhinə Müdafiə Formulası (Skin Protection Formula) deməkdir. Bu məhsul demək olar ki, bütün gözəllik və dəriyə qulluq məhsulları istehsal edən bütün şirkətlər tərəfindən istifadə olunur. Həmin məhsul dərini günəş şüalarından qoruyur. Ondan istifadə olunmaması dəriyə zərər verə bilər. Nəticədə dəri xərçəngi, dəridə solğunluq və ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

SPF formullu məhsullar dərini qoruma funsiyasını daşıyır və tərkibində aşağıdakı müxtəlif maddələr mövcuddur:

•    B3: Dərini bərpa edir və onun nəmləndirilməsini təmin edir.
•    Likopin: Dərinin ultrabənövşəyi şüalara qarşı qoruma funksiyasını artırır.
•    Hyalüronik turşu: Dərinin nəmliliyini, elastikliyini və möhkəmliyini bərpa edir.
•    Katafray qabığı: Bu inqridient təbbi nəmləndiricilik bəxş edən maddələrlə doludur.
•    Arqan yağı: Günəş şüalarının zərərini aradan qaldırır və dərini daha parlaq və hamar göstərir.

Günəşin şüaları altında qalmaq istədiyiniz müddətdən asılı olaraq müxtəlif səviyyədə SPF faktorları mövcuddur: Bəziləri uzun müddət, bəziləri isə qısa müddət dərini müdafiə etmə funksiyası daşıyır. Məsələn, SPF 20 dərini ultrabənövşəyi şüalardan 20 dəfə artıq qoruma funksiyasına malikdir. Təbii ki, üzərində SPF 50 yazılmış məhsullar daha çox qoruyucu funksiyaya malik olub sizə uzun müddət günəş şüaları altında qalmağa imkan verir.

SPF faktorunun qaraldıcı losyonla birgə istifadə olunması ideal semçimdir, çünki bu zaman siz dərinizi yanmadan qorumaqla qaralmasına nail olursunuz.

Beləliklə, əgər dəri qoruyucu kosmetik vasitələri kolleksiyanıza daxil etməyi planlaşdırırsınızsa, o zaman üzərində SPF yazılan vasitələri sınayın!

Həmişə baxımlı və yaraşıqlı qalın!

 

 

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 988
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri