Bohem stili nədir və necə geyinilir?

Müəllif: tek umidim sen
Şərhlər: 14
Baxılıb: 1487
Paylaş:
Səs ver:
(səs: 1)
Bohem geyim tərzi 1960-cı illərin və 1970-ci illərdə ortaya çıxan həyat tərzinin formalaşması deməkdir. Əslində "bohemian” kəlməsi hippilərdən gəlir. Bu həyat tərzini eyni ilə hippilər kimi azad, rahat, yaşamağı sevən və dərviş ruhlu insanların yaratdığını deyə bilərəm. Məntiqlə geyim-kecimə çox pul xərcləməyən insanların daha az büdcələrlə bir stil yaratması deməkdir. Müasir moda aləmində dizaynerlər bohem stilinə tez-tez müraciət edirlər. Böyük moda evlərinin geyimlərinə sərvət yatıraraq geyinmək bohem fəlsəfəsinə zidd olsa da artıq belə bir geyim tərzi formalaşıb. Gəlin bohem stilinin əsas detallarına nəzər salaq. Bohem stili nədir və bu stildə necə geyinmək olar? Ədviyyat rəngləri - Ədviyyat rəngləri və naxışlar bohem tərzinin əsas üslubunu ifadə edən termindir. Özündə bir çox rəngləri birləşdirən bohem üslubu naxışlarla diqqət çəkir. Bohem stilinin əsas naxışları: şal, çiçək, etnik, tribal və suzani naxışlar siyahıda yer alır. Maksi donlar - Uzun yubka və donlar bohem stilinin əvəzolunmaz geyimləridir. Bohem stilini sevən xanımlar havadan asılı olmayaraq, uzun ətək və donları ilə dolaşırlar. Saçaqlı aksesuarlar - Saçaq geyim üslubunda ən məşhur dekorlardan biridir. Bu tərzi birinci müasir Amerika hinduları, daha sonra kovboylar məşhurlaşdırır. Saçaqlı çantalar, jiletlər, çəkmələr bohem stilinin önəmli aksesuarlarıdır. Xüsusən də zamşa materialdan tikilən saçaqlı çantaların bohem stilində ayrı yeri var. Kovboy papaqları - Kovboy papaqlar bohem stilinin əsas atributlarıdır. İsti havalarda həsir papaqlar bu stildə tez-tez istifadə edilir. Aksessuarlar - Papaqlardan əlavə, bohem stilində geyinən hər bir xanımın dolabında mütləq saç bantları və çiçəkli tac kimi saç aksesuarları olmalıdır. Üst-üstə taxılan toxunma bilərziklər, quş tükləri, təbii daşlar və taxta muncuqlardan hazırlanan aksesuarlar bohem tərzini bildirir. Bohem çəkmələr - Bohem stilinin eleqantlığı taxta dabanlı zamşa parçadan tikilən çəkmələrdə gizlənib. Adətən qəhvəyi tonlarda olan çəkmələrin üzərində dəri parçalar da əlavə olunur. Klassik kovboy çəkmələri bu stildə əsas yeri tutur. Kimono pencəklər və cübbə paltarlar bohem stili etnik detalların ən çox istifadə edildiyi stillərdəndir. Enli balaq şalvarlar - Bohem tərzinin ruhu azadlıq və sərbəstlikdir. Buna görə də bohem stilində geyinən birinin qarderobunda 70-ci illərin dəbi olan enli balaqlı, rahat şalvarlara rast gəlməmək qeyri-mümkündür. Bohem stilini layiqincə daşımaq istəyirsinizsə, bohem stilinin dillərdə dastan olmuş dəb ilahərinin izləri ilə gedə bilərsiniz. Bohem stili dedikdə ilk olaraq ağla Kate Moss, Sienna Miller, Nicole Richie, Mary-Kate Olsen, Vanessa Hudgens, İsabel Marant və Mischa Barton kimi qlamurlar gəlir.

loading...
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 1487
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
bu stil tam sevdiyim stildir, bu stilde olan geyimleri coooooox sevire ve tam menim zovqumcedir
12 iyul 2015 04:28
14
Viking
Offline
gulka azeri
hec menim stilim deyil.amma yarasan xanimlar geyinerse pis baxmaram.here ozunu 1stildde rahat hiss edir.
11 iyul 2015 02:10
13
Offline
sadecə mən
Bu stili bəyəndirəm.Rahat olmaq çox önəmlidir,bu stilə görə amma o qədər uzun yubkalarla necə rahat olmaq olar ki?
10 iyul 2015 18:37
12
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
aliceWOnDer
Etafli bilmirdim, beyenmirem bu stili..
10 iyul 2015 18:16
11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Sirine
bu stili beyenmirem amma melumat ucun tewekkur)
10 iyul 2015 17:32
10
....
Offline
Dosta_inam
Maraqlı adı var stilin,saçaqlı şeyler yox,ancaq uzun etek don geyinirem herden.
10 iyul 2015 15:07
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Aydan Habili
Bu stili bilirem amma adının mənşəyini bilmirdim tesekkuler

Bu stili bilirem amma adının mənşəyini bilmirdim təşəkkürlər
10 iyul 2015 15:00
8
Offline
vipbetul
rahat geyimdi hesh neye fikir vermeden geyinirsen bezi geyimlerini sevirem bohem stilinin
10 iyul 2015 14:41
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
xeyalperest
Men xoşum gelir bezen gozel kombinleyende qeşey gorsenie
10 iyul 2015 14:34
6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
ell.nell
Hec beyenmedim.tortokuntu.....
10 iyul 2015 13:15
5
Offline
miraya
İstifede etdiym bir stildi bohom tarizndq salawida coox sevire.
10 iyul 2015 13:14
4
Offline
Nergız33
Esas rahatlıqdı o da bohem stilinde var.
10 iyul 2015 12:49
3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
Nur k-off
Bilirem bu stili amma daha cox bohem stilli saclari beyenirem
10 iyul 2015 12:30
2
SVETA
Online
BARBI
O qederde istifade etdiyim stil deyil. Ama maraqli stildir
10 iyul 2015 12:00
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv